Həkimlər QİÇS xəstəsini sağaltdıqlarını bəyan etdi – Tibb tarixində ikinci hadisədir

7 Mart 2019 12:04 | 447
Həkimlər QİÇS  xəstəsini sağaltdıqlarını bəyan etdi – Tibb tarixində ikinci hadisədir
Tibb tarixində ikinci dəfə olaraq İİV xəstəsinə sümük iliyi köçürülüb. Donorun İİV virusuna qarşı davamlılığı olub.
 
QİÇS xəstəliyindən ilk sağalma halı 2008-si ildə Berlində qeydə alınıb. 
 
Bu dəfə isə Böyük Britaniyadan olan həkimlər tibbi tarixində ikinci dəfə İİV xəstəsini sağaldıblar. Xəstəyə donordan sümük iliyi köçürülüb. Həmin donor İİV virusuna qarşı həssas olmayan qenlərə malikdi. Tibb işçilərinin bildirdiklərinə görə, əməliyyatdan 6 ay keçdikdən sonra xəstənin analizləri tamamilə təmiz çıxıb. Xəstə hələ ki, remissiya mərhələsindədir. 
 
Məlum olub ki, sözügedən xəstə ilk dəfə 2003-cü ildə İİV virusuna yoluxub. 2012-ci ildə isə ona qan xərçəngi diaqnozu qoyulub. Həkimlər onun yeganə sağalma şansının iliyin köçürülməsi olduğunu bildiriblər. Onlar bu əməliyyatın çox riskli, çətin və bahalı bir əməliyyat olduğunu da qeyd ediblər.
 
Statistikaya görə, dünyada təxminən 37 milyon insan İİV virusuna yoluxub. Onlardan 2 milyonu uşaqdır.