Səhərlər soyuq duş qəbul etməklə gümrah və sağlam qalın!

13 Aprel 2019 17:35 | 833
Səhərlər soyuq duş qəbul etməklə gümrah və sağlam qalın!
İsti və ilıq bir duş almaq insanı nə qədər rahatlatsa, üşüməsini aradan qaldırsa da, soyuq duş almağın orqanizmə daha çox faydaları var. İlk əvvəl bu çətin olsa da bədən tədricən öyrəşir. 
 
PASİYENT.AZ sizə soyuq duşun 5 faydalı təsirlərini açıqlayır:  
 
  • İnsanın psixikasını yaxşılaşdırır. Stressinizi aradan qaldırmaq istəsəniz yaxşısı budur soyuq bir duş alın. Bu sizin əsəblərinizi sakitləşdirəcək və ruh düşkünlüyünüzü aradan qaldıracaq. Səbəbi soyuq suyun depressiya ilə mübarizə edən norepinefrin hormonunu əmələ gətirən beyində yerləşən mavi nöqtəsinə təsir etməsidir. 
 
  • Dərinizə və saçınıza müsbət təsir edəcək. Çox isti su ilə çimmək saçların pH balansını pozur. Əsasən də quru dərinin daha da qurumasına səbəb olur. Bu vəziyyət saç dərisinə də aiddir.  Onlar daha çox yağlanır və kəpəklənir. Ancaq soyuq su, saç folikullarını və məsamələri bağlayır. Bunun sayəsində saçlarınız parlayacaq və daha gec kirlənəcək. 
 
  • Daha sürətlə arıqlayacaqsınız . Soyuq su həm də orqanizmdə toplanan toksinlərin çıxarılmasına səbəb olur. Bundan əlavə dərinin məsamələrindən zərərli maddələri və piyi xaric edərək çəki atmağınıza səbəb olacaq. 
 
  • Konsentrasiyanı artırır. Soyuq su ilə duş aldıqda vücudunuzdakı bütün hüceyrələr oksigenlə zənginləşir. Bu səbəbdən də insanın konsantrasiyası artır. 
 
  • Qrip və soyuqdəyməyə qarşı daha davamlı olacaqsız. Soyuq su ilə çimmək immuniteti artırır. Bu səbəbdən də orqanzimin viruslara qarşı müqaviməti artır və qripə yoluxma azalır.