Uzunömürlülüyə aparan 5 vərdiş!

7 May 2019 20:42 | 421
Uzunömürlülüyə aparan 5 vərdiş!

Ömrünü uzatmaq istəyənlər daha tez-tez qəhvə içməli, “planka vəziyyəti”ndə az dayanmalı , yuxu qrafikini düzgün tənzimləməli, həddində günəş şüası qəbul etməli və dişləri daha az-az təmizləməlidilər. Təbii ki, istənilən insan uzun ömür sürmək istəyir.

1. Qəhvə için

14 alimdən ibarət qrup tərəfindən aparılan qısamüddətli tədqiqatlar nəticəsində məlum olub ki, qəhvədən istifadə insanlarda DNK pozuntularının qarşısını alır. Eksperimentdə iştirak edən kişilər ümumi miqdar 800 millilitrə çatana kimi, hər 2 saatdan bir 200 millilitr qəhvə içiblər. Nəticələr göstərir ki, ilkin dozadan 2 saat sonra DNK pozuntularının azalması görünür. İçkinin möcüzəvi təsiri.

2. Uzun müddət “planka vəziyyəti”ndə dayanmayın

Planka məşqi-əllər üzərində press əzələlərini gücə salmaq şərti ilə ən populyar və ən təsirli duruşdur. Duruş zamanı bədənin və arxa əzələlərinin bərkimə prosesi başlayır. Bəs siz bilirdinizmi ki, bir neçə qısa müddətli planka vəziyyəti daha effektlidir, nəinki uzun müddətli?

Kanadanın Vaterloo Universitetinin fəxri professoru Stüart Makqill hesab edir ki, “planka vəziyyəti”ndə optimal nəticə əldə etmək üçün 10 saniyə bəs edir.

Professor şərh edir ki, idmançılara 10 saniyəlik 3 hərəkət bəs edir ki, bunun da nəticələri çoxillik tədqiqatlara əsaslanır. Bunu sizə bütün təcrübəli fitness-məşqçilər deyə bilər. 10-20 saniyəlik vəziyyəti saxlamaq və gedişlər arasında qısa fasilələr vermək lazımdır.

3. Saat 22:00-dan 6:00-a kimi yatın

Çinli həkimlər sübut ediblər ki, hər bir daxil orqanın təmizlənməsi və özünü bərpası üçün xüsusi qrafiki var. Nümunə olaraq deyək ki, immun sistemi viruslarla axşamlar saat 10-dan 11-ə kimi mübarizə aparır, qaraciyər 9-dan 1-ə kimi, ağciyər isə 3-dən səhər 5-ə kimi bərpa olunur. Maksimum effektiv bərpa üçün bu müddətdə yuxuda olmaq lazımdır. Orqanizminizin sağlamlığını qorumaq üçün gec yatmaq rejimindən imtina etməli olacaqsınız.

4. Günəş şüası qəbul edin

Biz bilirik ki, günəş şüası zərərlidir. Bununla belə, mütəxəssislər təsdiq edirlər ki, istənilən orqana gündə 600 beynəlxalq vahidə bərabər D vitamini tələb olunur, bunun üçün isə ən yaxşı mənbə gün işığıdır.

2016-cı ildə biokimyaçılar apardıqları tədqiqat zamanı aşkar ediblər ki, normal miqdarda günəş şüasi qəbul edənlərdə xərçəng xəstəliyinin istənilən növünün inkişafı 67% daha az olur. Boston Universitetindən olan həkimlərin fikrinə görə, 10-15 dəqiqə günəş şüası qəbul etmək üçün saat 10:00-15:00 arası ideal vaxtdır.

5. Dişlərinizi daha az-az təmizləyin

Hər birimizə uşaqlıqda deyilib ki, gündə iki dəfədən az olmayaraq dişlərimizi təmizləmək lazımdır. Ən yaxşı halda isə hər qida qəbulundan sonra bunu etməyin vacibliyi vurğulanıb.

Lakin ABŞ Ümumi Stomatoloqlar Akademiyasının prezidenti, həkim Hovard Qembl bildirib ki, hədsiz təmizləmə dişləri zədələyə bilər.

Bundan başqa, Göttingen Universitetində keçirilən tədqiqatın nəticələrinə əsaslanan alimlər məsləhət görürlər ki, dişləri yeməkdən ən azı yarım saat sonra təmizləmək lazımdır ki, dişlərin minası korlanmasın.