İki yaşa qədər uşaqlarda antibiotikoterapiyanın fəsadları

5 Avqust 2019 14:28 | 423
İki yaşa qədər uşaqlarda antibiotikoterapiyanın fəsadları

Antibiotiklərin orqanizmə, xüsusilə uşaqlara mənfi təsiri, yeri gəldi-gəlmədi istifadə olunduğu hallarda yaratdığı fəsadlar barədə vaxtaşırı məlumatlar açıqlanır.   

Amma buna baxmayaraq, antibiotiklərdən sui-istifadə halları günümüzdə də davam edir.

Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu Helsinki Universitetində aparılmış son tədqiqatların nəticələrinə əsasən bildirib ki, xüsusilə iki yaşına qədər olan uşaqlarda antibiotik istifadəsi bağırsaq florasının dəyişilməsinə səbəb olur. Bundan başqa, qeyd olunub ki, bu yaşda olan uşaqlara antibiotik tətbiqi astmadan xərçəngə, artıq çəkidən diabetə, depressiyadan infeksiyaya qədər bir çox xəstəliklərə yol açır.

Mütəxəssis vurğulayıb ki, antibiotik müalicəsi ən zəruri hallarda tətbiq oluna bilər.