Məhərrəmlik ayında qan vermə aksiyasına qoşul-həyat xilas et! Qan vermə məntəqələrin ünvanları.

8 Sentyabr 2019 13:37 | 22
Məhərrəmlik ayında qan vermə aksiyasına qoşul-həyat xilas et! Qan vermə məntəqələrin ünvanları.
Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər və rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.
 
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. 
 
Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:
 
- Binəqədi rayonu, "İmam Əli məscidi",
 
- Xəzər rayonu, 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı",
 
- Nəsimi rayonu, "Əjdər bəy məscidi" (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
 
- Nizami rayonu, "Şah Abbas məscidi",
 
- Sabunçu rayonu, "Rəhimə xanım ziyarətgahı",
 
- Səbail rayonu, "Bibiheybət məscid ziyarətgahı" və "İçərişəhər Cümə məscidi",
 
- Suraxanı rayonu, "Qaraçuxur məscidi",
 
- Yasamal rayonu, "Təzə pir məscidi", "Hacı Soltanəli məscidi" və "Hacı Cavad" məscidi,
 
- Gəncə şəhəri, "İmamzadə kompleksi",
 
- Lənkəran şəhəri, Böyük bazar "Cümə məscidi",
 
- Mingəçevir şəhəri, "Heydər məscidi",
 
- Sumqayıt şəhəri, "Cümə məscidi",
 
- Şəki şəhəri, "İmam Əli məscidi",
 
- Mərkəzi Qan bankının Şirvan bölməsi,
 
- Ağcabədi Mərkəzi rayon Rəstəxanası,
 
- Beyləqan Mərkəzi rayon Xəstəxanası,
 
- Bərdə rayonu, "Bərdə İmamzadəsi",
 
- Biləsuvar rayonu, "Cümə məscidi" (mərasim zalı),
 
- Cəlilabad Mərkəzi rayon Xəstəxanası,
 
- Xaçmaz şəhər məscidi,
 
- Ağsu rayon mərkəzi xəstəxanası,
 
- Qan bankının Quba bölgəsi,
 
- Masallı şəhər Cümə məscidi,
 
- Salyan – Hacı Tağı Məscidi.