Saçlarını depressiyaya düşən qadınlar kəsir...

8 İyul 2019 22:51 | 451
Saçlarını depressiyaya düşən qadınlar kəsir...

Qadınların saçlarını kəsməsi, saç formasını dəyişməsi heç də hər zaman adi hal kimi qarşılanmır. Çoxları hesab edir ki, qadınlar depressiyaya düşəndə saçlarını kəsməyə, boyamağa meyllidir.

Psixiatr, uzman həkim Azər Bağırov da cəmiyyətdə qadınların depressiyaya düşən kimi ya saçlarını boyadıqları, ya da kəsməkləri barədə fikirlərin olduğunu deyib: “Belə hallar da müşahidə olunur. Amma hər depressiyaya düşən qadın bunu eləmir. Şəxsiyyət problemləri, özəllikləri olan, emosional olaraq qeyri-stabil şəxsiyyət xüsusiyyəti olan qadınlar buna daha çox meyllidirlər. Onların həyatında depressiv qırılmalar da digər qadınlarla müqayisədə daha çox olur. Belə qadınlar stresə qarşı da daha dözümsüzdürlər. Stress qarşısında özlərini dəyişdirir, sanki bununla şəxsiyyətlərini də dəyişdirirmiş kimi hiss edirlər. Bununla da stress və üzüntünün öhdəsindən gəlməyə çalışırlar”.