Uşağın qarnı böyüyür və həkimlər sual içində qalıb...

12 Avqust 2019 23:29 | 484
Uşağın qarnı böyüyür və həkimlər sual içində qalıb...
19 yaşlı oğlanın qarnı 7 yaşından köpməyə və böyüməyə başlayıb. Uşağı bu vaxta kimi onlarla həkimə aparsalar da, heç kim dəqiq diaqnoz qoya bilmir.
 
Hindistanın Bihar ştatının sakini Sudcit Kumar ildən ilə qarnının böyüdüyünü bildirir. 
 
Uşaqda yayılmış mədə-bağırsaq problemləri aşkar edilməyib: diareya, qusma, reflüks, öd və s. Həkimlər yalnız ağrı və simptomları müvəqqəti kəsməyə nail olur. 
Ailə bildirir ki, paytaxta gedib bahalı klinikalarda dəqiq müayinələrdən keçməyə pulları yoxdur. Sudcitə qarnı həm məktəbdə, həm də işdə çətinlik yaradır. Onun anomal görünüşü yaşıdlarının ələ salmasına səbəb olur. 
 
Lakin bütün bunlara baxmayaraq oğlan ümidini itirmir. İndi o mexaniklik edir, velosiped zavodunda işə düzəlib. 
İş yoldaşları ona dəstək olur, gülmür. O ümid edir ki, tezliklə pul toplayıb, normal müayinələrə gedə biləcək.