Buzlu su körpəni xilas etdi. Şok!

6 Sentyabr 2019 15:28 | 444
Buzlu su körpəni xilas etdi. Şok!
Doğum evində 5 günlük körpə meningit virusuna yoluxur. Uşağın halı qəfil dəyişərək, ürəyi dəqiqədə 370 dəfə vurmağa başlayır. İnfeksiya artıq ürəyə çatmışdı. Yerli həkimlər uşağı daha ixtisaslı xəstəxanaya çatdırmaq üçün vaxt qazanmalı idi.
 
O zaman onlar qeyri-adi bir üsuldan istifadə edir: körpənin başını  buzlu suya salaraq 5 saniyə saxlayıb, daha sonra iynəbatırma metodundan istifadə ediblər. Bundan sonra ürək ritmi bir qədər düşən pasiyenti digər xəstəxanaya çatdırıblar.
 
Britaniyada baş vermiş hadisə zamanı körpə ölümdən xilas edilir və ixtisaslı xəstəxanada cəmi 1 həftə qaldıqdan sonra evə yazılır.
 
Uşağın valideynləri hələ də o hadisənin şokundan çıxmayıblar. Onlar xəstə uşaqlara yardım fondlarında iştirak etməyə hazırlaşır və bu işin təbliğatını aparırlar.