Yay, dəniz, günəş və dəri!-MƏSLƏHƏTLƏR

16 May 2019 21:10 | 557
Yay, dəniz, günəş və dəri!-MƏSLƏHƏTLƏR

Hər birimiz dərimizin gözəl və qüsursuz olmasını arzulayırıq. Bəs bunun üçün nələr etməli olduğumuzu bilirikmi? Əslində dəriyə düzgün qulluq necə olmalıdır?

İlk növbədə yayda bol su içməyi unutmamlıyıq. Gün ərzində ən az 2,5 l su içilməlidir. Bol su içəndə dərimiz içəridən nəmlənir. Qara çay və qəhvə əvəzinə su için. Su ilə yanaşı yaşıl çay, bitki tərkibli çaylara üstünlük verin.

Spirtli içkilər, siqaret dəriyə mənfi təsir göstərir, dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu zərərli vərdişlərdən uzaq olmağa çalışın.

Hər zaman nəmləndirici kremlərdən istifadə edin. Xüsusən dəriniz qurumağa meyllidirsə, həm gözaltına, həm də bütün dəriyə müntəzəm olaraq nəmləndirici kremlər çəkin.

Üzünüzü düzgün təmizləyin. Yağlanma mikrob çoxalmasına, sızanaqların yaranmasına zəmin yaradır. Ona görə də dəriniz yağlıdırsa, gel və skrablarla tez-tez təmizləyin.

Günəş qoruyucularını düzgün istifadə edin. Krem seçərkən SPF-i ən az 30 faktor olanlara üstünlük verin. Kremi Günəş altına çıxmazdan 20 dəqiqə əvvəl çəkin. Bunu hər 2 saatdan bir təkrarlayın.

İdman edin. İdman dərini möhkəmləndirir, idman edə bilməyəndə antisellülit kremlərlə masaj edin.

Qidalanmaya diqqət edin. Vitamin və mikroelementlərlə zəngin olan meyvə və tərəvəzləri mövsümə uyğun yeyin.

Əhval-ruhiyyənizin yüksək olmasına çalışın. Əhvalı yüksək olanın həyat eşqi artar və dərisinə sevərək qulluq edər...