Yenidoğulmuşlarda "topuq analizi" niyə aparılmalıdır?

23 May 2019 19:07 | 732
Yenidoğulmuşlarda "topuq analizi" niyə aparılmalıdır?

Topuq analizi - "Tarama testi" haqqında uzman pediatr-neonatoloq Dr. Altay Abdullaoğlu məlumat verir:

Bu analiz yenidoğulmuş uşaqlarda bir sıra metobolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3 - 7- ci günlərində reallaşdırılır. Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını almış olur. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmamasına səbəb olur.

Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri də hipotireozdur. Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomlarının və ağırlaşmalarının yaranmadan qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan yaranan əlamətlərin qarşısını almaq olmur.
Topuq analizi "Tarama testi" bütün dünyada "check - up" olaraq edilir. Hər bir ölkədə fərqli olur. Bizim ölkəmizdə hal - hazırda məcburi deyil. Ancaq edilməsi məsləhətdir. Düzünü desək, bir qədər bahalı analizdir, amma edilməsi tövsiyə olunur.