Zərərli qidalar-sağlamlığın "düşmənləri"-SİYAHI

18 May 2019 21:58 | 552
Zərərli qidalar-sağlamlığın "düşmənləri"-SİYAHI

Dünyanın ən ziyanlı, sağlamlıq üçün daha çox zərər verən qidaları açıqlanıb.

ABŞ-da sağlam qidalanma ilə bağlı tövsiyələr verən internet səhifələrindən birinin hazırladığı bu siyahıya 30 qida və içki daxil edilib.

Bu siyahıda hər gün istifadə etdiyimiz qidalar üstünlük təşkil edir.

Ziyanlı hesab edilən qidaların bir çoxu tərkibində trans yağlar, soya yağları olan, daha çox emaldan keçirilən, təbii olmayan, yüksək şəkər, duz tərkibli, qızardılmış, yüksək temperaturda hazırlanan, dondurulmuş, yarım fabrikat məhsullardır.

Bu sırada qızartma toyuq əti, toyuq “nugget”i, mikrodalğalı sobada partladılan qarğıdalı, şirnilər, emal olunmuş somon balığı, bol yağda qızardılan ətlər və tərəvəzlər, ağ un, bu undan hazırlanan məhsullar, çips, qəhvə kremi, sosislər, sosisli sendviçlər, dondurulmuş balıq və dəniz məhsulları, marqarin yağları, turşular, vetçinalar, kekslər, şokoladla örtülmüş şirniyyatlar, quru meyvələr, sənaye üsulu ilə hazırlanan dondurma, salat sousları, konservləşdirilmiş hazır şorbalar, bulyonlar, jelelər və s. var.

 Qeyd edək ki, bu qidalar “sağlamlıq düşməni” kimi təqdim olunub.