ANGİNA

Angina

 

Angina (kəskin tonzillit) – damaq badamcıq vəzilərinin (qlandların) və limfatik düyünlərin iltihabı ilə müşayiət olunan infeksion xəstəlikdir.

  • Anginanın növləri
  • Anginanın səbəbləri
  • Anginanın əlamətləri
  • Anginanın diaqnostikası
  • Anginanın müalicəsi
  • Anginanın təhlükəsi
  • Anginanın profilaktikası

 

Anginanın növləri

 

Anginanın aşağıdakı növlərini qeyd edirlər:

  • Kataral angina (badamcıq vəzilərinin əsasən üst qatlarını zədələyir);
  • Follikulyar angina (sarımtıl rəngli dairəvi törəmələrlə badamcıq vəzilərinin şişkinliyi və qızarması);
  • Lakunar angina (follikulyar anginanın ağır formasıdır);
  • Fleqmonoz angina(nadir hallarda rast gəlinir, yalnız bir badamcıq vəzinin zədələnməsi ilə xarakterizə olunur);
  • Xoralı-membranlı angina (badamcıq vəzilərindən birinin səthində boz ərpli xoranın yaranması).

 

Anginanın səbəbləri

 

“Tonzillit” xəstəliyi badamcıq vəzilərinin zədələnməsi nəticəsində, aşağıdakı hallarda yaranır:

  • virusun hava-damcı yolu ilə ötürülməsi;
  • streptokoklarla infeksiyalanmış məhsulların qəbulu;
  • özünü həddindən artıq soyuğa vermə;
  • immunitetin zəiflədiyi anda badamcıq vəzilərində əvvəldən olan mikrobların çoxalması.

 

Anginanın əlamətləri

 

Tonzillit üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • badamcıq vəzilərinin ölçüdə böyüməsi;
  • badamcıq vəziləri üzərində ərp;
  • boğazda tədricən artan ağrı;
  • limfatik düyünlərin böyüməsi;
  • ümumi zəiflik;
  • oynaqlarda sızıltı.

 

Uşaqlarda tonzillit qulaqlarda ağrı, seliyin axması ilə müşayiət oluna bilər.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Anginanın diaqnostikası

 

Anginanın necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-otolarinqoloq limfa düyünlərinin ümumi müayinəsini və palpasiyasını həyata keçirir.

 

Anginanın müalicəsi

 

Tonzillitin müalicəsi özünə aşağıdakıları daxil edir:

  • dərman preparatlarının (antibiotiklər daxil olmaqla) qəbulu;
  • boğazın ot məhlulları, furasilin və ya çay sodası ilə yaxalanması;
  • alt çənə nahiyəsinə spirtli kompresslərin qoyulması.

 

Anginanın təhlükəsi

 

Anginanın müalicəsinə vaxtında başlanılmasa, bu ciddi ağırlaşmalara gətirib çıxara bilər, o cümlədən:

  • xroniki tonzillitə;
  • qlomerulonefritə;
  • meningitə (baş və onurğa beyninin qişalarının iltihabı);
  • revmatizmə;
  • qanın infeksiyalanmasına.

 

Anginanın profilaktikası

 

Kəskin və xroniki tonzillitin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • boğazı ilıq su ilə yaxalamaq (furasilin, manqanlı turş kalium, rivanol məhlullarından da istifadə etmək olar);
  • soyuq içkiləri çox içməmək;
  • dondurma çox yeməmək;
  • həddindən artıq soyuğa məruz qalmamaq;
  • boğazın və altçənə limfatik düyünlərinin masajını etmək (xüsusən də soyuq içki və ya yemək qəbulundan sonra və ya hava soyuq olduqda evdən çıxmazdan əvvəl).
UYĞUN HƏKİMLƏR