ENUREZ

Enurez

 

Enurez sutkanın gecə və ya gündüz vaxtında baş verən qeyri-ixtiyari sidik ifrazıdır. Onun ən çox yayılmış forması – uşaq enurezidir. Böyüklərdə də enurezə kifayət qədər tez-tez rast gəlinir. Statistikaya əsasən, sidiyi saxlaya bilməmə 6 yaşdan yuxarı olan uşaqların 14%-ində müşahidə olunur, özü də oğlanlar qızlarla müqayisədə enurezdən daha çox hallarda əziyyət çəkirlər. Qeyri-ixtiyari sidik ifrazı uşaqda sinir sisteminin inkişafının gecikməsini göstərir. Digər tərəfdən, düzgün müalicə olunduqda uşaq enurezini tamamilə aradan qaldırmaq mümkündür və gələcəkdə bu problem heç bir qarşısıalınmaz nəticələrə səbəb olmur.

  • Enurezin səbəbləri
  • Enurezin əlamətləri
  • Enurezin diaqnostikası
  • Enurezin müalicəsi
  • Enurezin təhlükəsi
  • Enurezin profilaktikası

 

Enurezin səbəbləri

 

Uşaqlarda və böyüklərdə enurezin əsas səbəbləri aşağıdakı amillərdir:

  • Sinir sisteminin və müvafiq olaraq sidik kisəsinin tam inkişaf etməməsi;
  • Sinir sisteminin inkişafının gecikməsi;
  • İrsi meyillik;
  • Psixoloji stressin təsiri;
  • Antidiuretik hormonun sekresiya ritminin pozuntuları;
  • Sidik yollarının infeksiyaları;
  • Gecə vaxtı baş verən epileptik tutmalar;
  • Şəkərli diabetin nəticələri;
  • Tibbi preparatların yan təsirinin nəticəsi.

 

Enurezin əlamətləri

 

Enurezin aşağıdakı simptomları var:

  • Qeyri-ixtiyari sidik ifrazı (sutkanın gündüz və gecə vaxtlarında baş verən);
  • Sidik ifrazının tez-tez baş verməsi;
  • Uşağın özünə qapanması və ünsiyyət qurmaq bacarığının zəif olması;
  • Nəbzin sürətinin azalması;
  • Ətrafların soyuq olması və göyərməsi;
  • Bədən temperaturunun aşağı olması.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 
Enurezin diaqnostikası

 

Enurezin diaqnostikası üçün aşağıdakı tədbirləri görmək lazımdır:

  • Uroloqun, nevropatoloqun müayinəsi;
  • Qarnın palpasiyası;
  • Rektal müayinə;
  • Sidik kisəsinin USM-i;
  • Qarın boşluğu orqanlarının USM-i;
  • Sidik ifrazı ritminin, həcminin müayinəsi;
  • Nefrossintiqrafiyanın həyata keçirilməsi;
  • Venadaxili uroqrafiya təyin edilir;
  • Sistoqrafiya tövsiyə edilir;
  • Uroflumentriya və sistoskopiya məqsədəuyğundur.

 

Enurezin müalicəsi

 

Enurezin müalicəsi aşağıdakı tədbirlərin görülməsini nəzərdə tutur:

  • Uroluqun qəbulu, o uşaqlarda enurezin müalicə yolları haqqında ətraflı məlumat verəcək;
  • Maye qəbulu üçün xüsusi rejimə riayət etmə;
  • Yuxudan əvvəl (minimim 2 saat qalmış) maye qəbulundan imtina;
  • Dərmanların qəbulu
  • Vitamin terapiyası;
  • Fizioterapevtik prosedurlar (ultrasəs, elektrik cərəyan, istilik prosedurları);
  • Müalicəvi gimnastika;
  • Ümumi möhkəmləndirici masaj;
  • Uşaqlarda gecə enurezinin müalicəsi üçün xüsusi cihazdan istifadə;
  • Uşaq enurezinin müalicəsi həmçinin psixoloji korreksiyanı da nəzərdə tutur.

 

Böyüklərdə və uşaqlarda gecə enurezinin müalicəsi – problemin səbəbindən və xəstəliyin nəticəsindən asılı olaraq bir neçə həftədən bir ildən artıq müddətədək vaxt apara bilər.

 

Enurezin təhlükəsi

 

Böyüklərdə enurez vaxtında müalicə edilmədikdə, bu həyatda ciddi diskomforta gətirib çıxara bilər. Uşaq enurezinin müalicəsinə uşağa qayğı göstərməklə çox ehtiyatla yanaşmaq lazımdır ki, uşağın psixikası zədələnməsin. Uşaq öz valideynlərindən dəstək hiss edərsə, problemi ağrısız həll etmək olar. Sizin probleminizə diqqətlə yanaşacaq və sizi peşəkar müalicə ilə təmin edəcək uroloji klinikanı tapmağınız tövsiyə olunur.

 

Enurezin profilaktikası

 

Enurez zamanı profilaktik tədbirlər:

  • 2 yaşdan sonra vaxtında bezlərdən imtina etmək;
  • Gün ərzində maye qəbuluna nəzarət etmək;
  • Uşağı cinsi orqanlara qulluq etməyi öyrətmək;
  • Sidik yolları infeksiyalarını vaxtında müalicə etmək;
  • İstirahət zamanı təhlükəsizlik qaydalarına riayət etmək (zədələnmələrin qarşısını almaq üçün).