HEPATİT B

Hepatit B

 

Hepatit В – infeksion qaraciyər xəstəliyidir. Onun gedişatı kəskin və xroniki xarakter daşıya var.

  • Hepatit B-nin səbəbləri
  • Hepatit B-nin əlamətləri
  • Hepatit B-nin diaqnostikası
  • Hepatit B-nin müalicəsi
  • Hepatit B zamanı pəhriz
  • Hepatit B-nin təhlükəsi
  • Risk qrupu
  • Hepatit B-nin profilaktikası

 

Hepatit B-nin səbəbləri

 

Xəstəlik əsasən qanla ötürülən hepatit B virusunun orqanizmi zədələməsi nəticəsində yaranır.

Hepatit B-nin səbəbləri:

  • müdafiəsiz cinsi əlaqələr, cinsi partnyorların tez-tez dəyişdirilməsi;
  • inyeksiya narkotiklərinin qəbulu, tatu-salonlarının xidmətlərindən istifadə (çirkli iynə vasitəsi ilə yoluxma);
  • qan köçürmələri, tibb müəssisələrində əməliyyatlar zamanı yoluxma;
  • yoluxmuş insanın şəxsi gigiyena əşyalarından istifadə;
  • virusun doğuş zamanı anadan dölə keçməsi.

 

Hepatit B-nin əlamətləri

 

Xəstəliyin ilk əlamətləri adətən yoluxmadan 12 həftə sonra təzahür olunmağa başlayır.

Hepatit B üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • tez yorulma, daimi yorğunluq hissi;
  • ürəkbulanma, qusma;
  • sağ qabırğaaltında periodik ağrılar;
  • sidiyin tündləşməsi;
  • bədən temperaturunun yüksəlməsi;
  • göz ağlarının, dərinin saralması;
  • nəcisin rəngsizləşməsi.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Hepatit B-nin diaqnostikası

 

Hepatit B-nin diaqnostikasını həkim-hepatoloq həyata keçirir.

Bunun üçün o bir sıra analizlər və müayinələr təyin edir:

  • ümumi müayinə;
  • qarın boşluğu orqanlarının ultrasəs müayinəsi;
  • PZR-diaqnostika;
  • qanın ümumi, biokimyəvi analizləri;
  • sidiyin ümumi analizi;
  • qaraciyər sınaqları.

 

Hərtərəfli diaqnostikadan istənilən müasir hepatologiya mərkəzində keçmək olar.

 

Hepatit B-nin müalicəsi

 

Hepatit B-nin müalicəsi özünə aşağıdakıları daxil edir:

  • virus əleyhinə preparatlar;
  • hepatoprotektorlar;
  • immonomodullaşdırıcı vasitələr.

 

Bugünkü gündə hepatit B-ni tam müalicə etmək mümkündür. Sağaldıqdan sonra pasiyentdə virusa qarşı ömürlük immunitet yaranır.

 

Hepatit B zamanı pəhriz

 

Əgər həkim hepatit B-nin necə müalicə olunacağını artıq müəyyən etmişdirsə, pasiyentə 5 nömrəli pəhrizə riayət etmək tövsiyə olunur.

5 nömrəli pəhriz rasiondan aşağıdakı məhsulların çıxarılmasını tələb edir:

  • yağlı ət, balıq bulyonları;
  • yağlı ət, balıq, quş əti növləri;
  • konservlər, hisə verilmiş məhsullar, marinadlar;
  • xəmirdən hazırlanmış məmulatlar, çörək;
  • suda bişirilmiş yumurta;
  • meyvələrin, giləmeyvələrin turş növləri;
  • turşəng, soğan, ispanaq;
  • qıtığotu, istiot, xardal;
  • qırmızı turp, ağ turp;
  • dondurma, şokolad;
  • kakao, tünd kofe;
  • qazlı içkilər;
  • spirtli içkilər.

 

Hepatit B-nin təhlükəsi

 

Hepatit B-nin müalicəsinə vaxtında başlanılmadığı halda, aşağıdakı ağırlaşmaların inkişaf etmə riski yüksəklir:

  • qaraciyər sirrozu;
  • böyrək-qaraciyər çatışmazlığı;
  • qanın laxtalanma qabiliyyətinin azalması;
  • qaraciyər xərçəngi;
  • letal nəticə.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • tez-tez cinsi partnyorlarını dəyişən insanlar;
  • inyeksion narkotiklər qəbul edən insanlar;
  • tibb müəssisələrində işləyən insanlar;
  • müntəzəm qan köçürmələrinə ehtiyacı olan insanlar.

 

Hepatit B-nin profilaktikası

 

Hepatit B-nin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:

  • vaksinləmədən keçmək;
  • tibb müəssisələrində bütün alətləri yaxşı-yaxşı sterilizasiya etmək;
  • cinsi əlaqə zamanı maneəli kontraseptivlərdən istifadə etmək;
  • şəxsi gigiyena qaydalarına riayət etmək.