MİQREN

Miqren

Miqrenbaşın bir hissəsində lokallaşan güclü baş ağrıları ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Boyun miqreni boyun oynaqlarının iltihablanması nəticəsində yaranır.

  • Miqrenin növləri
  • Miqrenin səbəbləri
  • Miqrenin əlamətləri
  • Miqrenin diaqnostikası
  • Miqrenin müalicəsi
  • Miqrenin təhlükəsi
  • Risk qrupu
  • Miqrenin profilaktikası

Miqren zamanı aura baş ağrısı tutmasından əvvəl gələn əlamətlərdi.

Miqrenin növləri

Miqrenin iki növünü qeyd edirlər:

  • klassik (auralı);
  • ümumi(aurasız).

Miqren əsasən 30-50 yaşları arasında olan qadınlarda müşahidə olunur. Uşaqlarda miqren 5 yaşdan sonra yarana bilər.

Miqrenin səbəbləri

Miqrenin yaranma səbəbləri hələ də tam öyrənilməyib. Bir neçə fərziyyə qeyd olunur:

  • arterioların daralması, baş beynin qan dövranının pozulması;
  • damarların qeyri-bərabər şəkildə genişlənməsi;
  • sinir sisteminin neyrovaskulyar pozğunluqları;
  • serotonin mübadiləsinin sistem pozuntusu.

Xəstəliyə aşağıdakı amillər səbəb ola bilər:

  • alkoqollu içkilər;
  • güclü stress;
  • tozlu və ya siqaret çəkilən otaqda olma;
  • hormonal dəyişikliklər (qadınlarda).

Miqrenin əlamətləri

“Miqren” xəstəliyi üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • baş ağrısı;
  • ürəkbulanma;
  • güclü işığa və səs-küyə qarşı yüksək həssaslıq.

Klassik miqrenin aurası aşağıdakı şəkildə təzahür oluna bilər:

  • göz önündə işıq ləkələri;
  • ətrafların zəifləməsi, qismən keyləşməsi;
  • müəyyən iyin hiss edilməsi;
  • nitqin ləngiməsi.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

Miqrenin diaqnostikası

Miqrenin necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-nevroloq pasiyientin müayinəsini həyata keçirir, və başqa bir xəstəliyi istisna etmək və ya baş ağrısına səbəb olan xəstəliyi müəyyən etmək üçün aşağıdakıları təyin edir:

  • sidiyin və qanın biokimyəvi analizi;
  • baş beynin maqnit-rezonans tomoqrafiyası;
  • baş beynin kompyuter tomoqrafiyası;
  • elektroensefaloqrafiya.

Miqrenin müalicəsi

Miqrenin əsas müalicəsinin bir neçə istiqaməti var:

  • böyrəküstü və qalxanabənzər vəzilərinin fəaliyyətinin sabitləşdirilməsi;
  • sinir sisteminin fəaliyyətinin sabitləşdirilməsi;
  • ürək-damar sisteminin möhkəmləndirilməsi.

Bəzi hallarda ağrıkəsici preparatlar təyin edilir.

Miqrenin təhlükəsi

Xəstəliyin simptomları aşkarlandıqda, dərhal həkimə müraciət etmək lazımdır, çünki bu aşağıdakı ciddi xəstəliklərin inkişafına siqnal ola bilər:

  • baş beyin şişi;
  • beyin abssessi;
  • meningit;
  • anevrizma;
  • ensefalit;
  • hidrosefaliya.

Risk qrupu

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • iri meqapolis sakinləri;
  • qadınlar (menstruasiyalar dövründə);
  • irsi meyilliyi olan insanlar.

Miqrenin profilaktikası

Miqrenin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • balanslaşdırılmış qidalanmaya riayət etmək (həddindən artıq qida qəbul etmədən və ac qalmadan);
  • siqaret çəkməmək;
  • sutkada ən azı 7-8 saat yatmaq.
UYĞUN HƏKİMLƏR
İlahə Rəhimova
0 məsləhət
SUAL VER

İlahə Rəhimova

2005-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib. 2005-2010-cu illərdə Uşaq Nevroloji Xəstəxanasında həkim-nevroloq kimi çalışıb. 2016-cı ildə Türkiyənin Çukurova Üniversitesinin uşaq nevrologiyası üzrə kurs keçib.
Daha ətraflı