REVMATİZM

Revmatizm

 

Revmatizm (revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) – birləşdirici toxumanın sistemli iltihabi infeksion-allergik zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir. Uşaqlarda revmatizm adətən 7-15 yaş arasında inkişaf edir.

  • Revmatizmin növləri
  • Revmatizmin səbəbləri
  • Revmatizmin əlamətləri
  • Revmatizmin diaqnostikası
  • Revmatizmin müalicəsi
  • Revmatizmin təhlükəsi
  • Risk qrupu
  • Revmatizmin profilaktikası

 

Revmatizmin növləri
 

Lokalizasiyaya görə xəstəlik aşağıdakı növlərə bölünür:

  • ürək revmatizmi;
  • damar revmatizmi;
  • oynaq revmatizmi;
  • dəri revmatizmi;
  • mərkəzi sinir sisteminin revmatizmi;
  • seroz qişaların revmatizmi.

 

Revmatizmin səbəbləri

 

Xəstəlik orqanizmin A qrupuna aid olan hemolitik streptokokla zədələnməsi nəticəsində yaranır.

Revmatizmin səbəbləri:

  • infeksion xəstəliklər (tonzillit, otit, faringit, skarlatin, qızıl yel xəstəliyi);
  • immun sisteminin zəifləməsi;
  • orqanizmin hipotermiyası.

 

Revmatizmin əlamətləri

 

Revmatizm üçün xarakterik olan simptomlara aşağıdakılar aiddir:

  • hərarətin 39 dərəcəyə yüksəlməsi;
  • ümumi zəiflik;
  • tez yorulma;
  • tez tərləmə;
  • baş ağrıları;
  • oynaqlarda ağrılar, qızarma, oynaqların şişkinliyi, hərəkət məhdudluğu (oynaqların revmatizmi);
  • ürək ağrıları, ürək döyüntüsünün sürətlənməsi, tənginəfəslik (ürək revmatizmi);
  • əzələlərin qeyri-ixtiyari dartılması, əzələ zəifliyi (MSS revmatizmi);
  • dəridə solğun çəhrayi rəngli səpgilər, əsasən oynaqların olduğu yerlərdə dərialtı düyünlər (dəri revmatizmi).

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Revmatizmin diaqnostikası

 

Revmatizmin necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-revmatoloq bir sıra analizlər və müayinələr həyata keçirir, o cümlədən:

  • qanın ümumi analizi;
  • tənəffüs yollarından götürülmüş nümunənin əkilməsi;
  • elektrokardioqrafiya;
  • exokardioqrafiya;
  • ağciyərlərin rentgenoloji müayinəsi.

 

Oynaq revmatizminin necə müalicə olunacağını müəyyən etmək üçün, zədələnmiş oynaqların rentgenoloji müayinəsini həyata keçirirlər.

 

Revmatizmin müalicəsi

 

Revmatizmin müalicəsi özünə aşağıdakıları daxil edir:

  • qeyri-steroid iltihab əleyhinə preparatlar;
  • kortikosteroidlər;
  • antibiotiklər;
  • immuniteti möhkəmləndirən preparatlar.

 

Oynaq revmatizminin müalicəsi üçün ağrıkəsici mərhəmlər, kompresslər, ultrabənövşəyi şualandırma prosedurları tətbiq edilir.

 

Revmatizmin təhlükəsi

 

Revmatizmin necə müalicə olunacağı vaxtında müəyyən edilmədiyi halda, ağırlaşmalar yarana bilər, o cümlədən:

  • aritmiya;
  • qan dövranının pozulması;
  • ürək çatışmazlığı;
  • baş beyin işemiyası;
  • dalaq, böyrək infarktları;
  • magistral damarların tromboemboliyası.

 

Risk qrupu

 

Risk qrupunda olan insanlara aşağıdakılar daxildir:

  • 7-15 yaşında olan uşaqlar;
  • qadınlar;
  • tez-tez infeksion burun-udlaq xəstəliklərindən əziyyət çəkən insanlar;
  • İrsi meyillikləri olan insanlar (orqanizmlərində B qrupuna aid olan zülalın yüksək səviyyəsinə malik olan insanlar).

 

Revmatizmin profilaktikası

 

Revmatizmin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:

  • infeksion xəstəlikləri vaxtında müalicə etmək;
  • orqanizmi möhkəmləndirmək;
  • payız-yaz dövrlərində iltihab və mikrob əleyhinə preparatlar qəbul etmək.
UYĞUN HƏKİMLƏR
Samirə Hacıyeva
0 məsləhət
SUAL VER

Samirə Hacıyeva

2004-cü ildə ATU-nun 1-ci müalicə- profilaktika fakültəsini bitirib. 2004-2005 həkim-interna kimi 1 saylı ŞKX çalışıb. Həkim-kardioloq kimi 14 illik stajı var. Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdü.
Daha ətraflı
Samirə Hacıyeva
0 məsləhət
SUAL VER

Samirə Hacıyeva

2004-cü ildə ATU-nun 1-ci müalicə- profilaktika fakültəsini bitirib. 2004-2005 həkim-interna kimi 1 saylı ŞKX çalışıb. Həkim-kardioloq kimi 14 illik stajı var. Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdü.
Daha ətraflı
Samirə Hacıyeva
0 məsləhət
SUAL VER

Samirə Hacıyeva

2004-cü ildə ATU-nun 1-ci müalicə- profilaktika fakültəsini bitirib. 2004-2005 həkim-interna kimi 1 saylı ŞKX çalışıb. Həkim-kardioloq kimi 14 illik stajı var. Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdü.
Daha ətraflı