KÖMƏK

Suallar və problemlər yarandığı halda, nə etmək lazımdır?

 

İstifadəçilərdə laborator müayinələrinə endirim almaqda, həkim və ya klinika seçimi ilə bağlı çətinliklər yarandığı halda, PASİYENT.AZ informasiya xidmətinin əməkdaşları həmişə köməyə gəlməyə hazırdırlar. Biz suallarınızı operativ cavablandıraraq, yeni klinikalar və xidmətlər haqqında məlumat verərək, sizin vaxtınıza qənaət edirik.

 

Siz bizə ƏLAQƏ bölümündə qeyd olunan telefon nömrələri və ya elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.

 

Qeyd etmək lazımdır ki, servisin istifadəçiləri öz suallarını həm azərbaycan, həm də rus dillərində göndərə bilərlər. Suallara cavab verən həkimlər arasında həmçinin paytaxt klinikalarında çalışan əcnəbilər də var. Onlar ilkin konsultasiyaları ingilis dilində aparırlar.

 

Saytın istifadə qaydaları:

 

PASİYENT.AZ servisində xidməti necə sifariş etmək olar?
 

  1. Saytın axtarış sətrinə tələb olunan xidmət növünü daxil edirsiniz və ya təqdim olunmuş siyahıdan seçirsiniz. Qarşınıza aksiyanın qüvvədə olma müddəti, endirim məbləği və xidmətin qiyməti siyahısı çıxacaqdır.
  2. Uyğun təklifi tapdıqdan sonra “kupon al” düymələsini basırsınız.
  3. Klinikanı ziyarət etdiyi zaman endirim kuponunuzu göstərirsiniz və seçilmiş xidmətlərdən endirimlə keçirsiniz.

 

Hansı ödəmə üsulları var?

Fiziki şəxslər üçün bank kartı ilə onlayn-ödəniş imkanları var. Hüquqi şəxslər üçün müqavilə üzrə nağdsız ödəniş imkanı var.

 

Analizlərə mən nə qədər endirim əldə edəcəm?

PASİYENT.AZ endirim kuponu seçilmiş xidmətindən asılı olaraq 5%-dən 50% qədər endirimlər təklif edir.

 

Biz nə üçün endirimlər edirik?

Biz klinikaların onların xidmətlərindən istifadə etməyə gələn müştərilərin sayını çoxaltmağa kömək edirik. Təqdim edilən endirimlər göstərilən xidmətlərin keyfiyyətinə təsir etmir.

 

Kuponun etibarlılıq müddəti nə qədərdir?

Endirim kuponu alış anından sonra 3, 6 və ya 12 ay müddətində etibarlıdır. Etibarlılıq müddəti mail ünvanınızda qeyd ediləcək.

 

Kupon birdəfəlikdir?

Bəli, siz kuponun üz tərəfində göstərilmiş etibarlılıq müddəti ərzində ondan istifadə etdiyinizdən sonra, kupon güvvədən itir.

 

Kupon yalnız onun sahibinin adına verilir?

Xeyr, kupon konkret olaraq kiminsə adına verilmir. Siz onu qohum və dostlarınıza verə bilərsiniz!

 

Mən kuponu qaytara bilərəm?

Xeyr, kupon dəyişdirilə və qaytarıla bilməz.

 

Kuponu itirsəm, nə etməliyəm?

Şəxsi kabinetinizə daxil olub, kuponun təkrər mail önvanınıza göndərilməsini xahiş edirsiniz, yaxud operatorlarımız ilə əlaqə saxlayırsiniz.

 

Kuponu hədiyyə kimi ala bilərəm?

Bəli, edə bilərsiniz. PASİYENT.AZ endirim kartı istənilən insan üçün yaxşı hədiyyə olacaqdır, çünki o klinikaların xidmətlərindən əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.