1 ayda 2 dəfə doğuş-Tibbdə yeni şok hadisə!

31 Mart 2019 15:19 | 465
1 ayda 2 dəfə doğuş-Tibbdə yeni şok hadisə!
Tibbdə həkimləri sarsıdan daha bir unikal hadisə baş verib. 
 
Banqladeşdə 20 yaşlı Arifə Sultan adlı gənc qadın fevralın sonunda doğum sancıları ilə xəstəxanaya gələrək, bir oğlan uşağı dünyaya gətirib.
İlk doğumdan sonra evə buraxılan qadın 26 gün sonra qarnında kəskin sancılarla yenidən xəstəxanaya çatdırılıb. Həkimlər onun hələ də hamilə olduğunu aşkar edib. Bu vəziyyət tibbi personalı şoka salıb. Məlum olub ki, qadının iki uşaqlıq orqanı var.  
 
Birinci doğulan uşaq bir uşaqlıqda inkişaf edib.  İkinci uşaqlıqda isə əkiz döl yetişib. Təcili keysəriyyə əməliyyatı ilə daha bir qız və oğlan uşağı dünyaya gəlib.  Qadının və uşaqlarının vəziyyəti yaxşıdır. 
 
Qadın ucqar kənddə, çox kasıb və ağır şəraitdə yaşadığından nə hamiləlikdən öncə, nə də hamiləlik boyu həkim müayinəsindən keçməyib. Kənddə qadınlar ona hamilə olduğunu deyib, o bir uşaq gözlədiyini düşünüb.
 
Həkimlər iki uşaqlığı olan qadınlara ilk dəfə rast gəlmədiklərini, lakin bir ovulyasiyadan hər iki uşaqlığın mayalanmasına nadir hal olduğunu  etiraf ediblər.