Ofis işçiləri bu HƏRƏKƏTLƏRİ mütləq etməlidir

9 Aprel 2019 16:36 | 487
Ofis işçiləri bu HƏRƏKƏTLƏRİ mütləq etməlidir

Ofis işçiləri, yəni əsasən masa arxasında çalışan işçilərin bir çox problemi olur. Bunlar, bel, boyun, kürək ağrıları və düzgün qamət narahatçılığıdır. Mütəxəssis həkimlər bildirir ki, bir neçə sadə hərəkətlərlə bu problemin qarşısını almaq olar. 

Uzun müddət eyni pozada qalmaq sağlamlıq üçün təhlükəlidir.

 

Üst çarpaz sindromu (Upper Cross Syndrome)

Üst çarpaz sindromu boyun, döş və çiyin əzələlərini əhatə edir. Əsasən kompüter və masa arxasında çalışanlarda görülür. Bu sindrom zamanı baş önə doğru çıxır, boyun düzləşir, onurğa beyni kanalı daralır. Eyni zamanda, boyun və çiyin əzələlərində spazma və ağrılar əmələ gəlir. Qol və barmaqlara qədər yayılan uyuşmalar hiss olunur.

 

Kifoz

Kifoz onurğanın önə doğru əyilməsi xəstəliyidir.

 

Skolyoz

Skolyoz onurğanın döş və ya bel bölgələrində gözlə görünən, yana doğru əyriliyidir.

 

Lordoz

Lordoz anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissənin önə əyriliyidir.

 

Davamlı oturmayın və fasilələrdə gəzintiyə çıxın!

Mütəxəssislər bildirir ki, günə gərilmə və rahatlama hərəkətləri ilə başlamaq lazımdır. Bundan başqa, kompüter üzünüzün tam qarşısına yerləşdirilməli və ekran çox aşağıda ya da yuxarıda olmamalıdır. Boyunu mümkün qədər önə əymədən, düz saxlamaq lazımdır. Oturduğunuz yerdə kürəyiniz söykənilməli və dik durmalısınız. Bunun üçün də stulunuzun yüksəkliyi düzgün seçilməlidir. Gün ərzində qısa fasilələr edin və bu zaman hərəkətli olmağa çalışın. Belə etməsəniz sabit vəziyyətdə qalmaqdan bel və boyun əzələləriniz getdikcə zəifləyəcək. Masanızdan çox uzaqlaşa bilmirsinizsə, heç olmasa arada ayaq üstə dayanın. Nahar fasiləsində mütləq gəzintiyə çıxmağa, mümkün qədər çox oksigen almağa çalışın.

Əgər bel və boynunuzda keçməyən ağrılar başlayıbsa, mütləq həkimə müraciət edin. Həkimlərin bildirdiyinə görə, beldən ayağa yayılan ağrılar bel yırtığı, boyundan qola və ələ yayılan ağrıların isə boyun yırtığının əlamətləri ola bilər. Bu isə yalnız həkim nəzarətinə alınmalı və müalicə edilməlidir.

 

Ofisdə çalışanlar üçün önəmli məşqlər

 

Sinə gərmək hərəkətləri

Əllərinizi başınızın arxasında birləşdirin. Yavaşca önə doğru əyilin və sinənizi irəli itələyin. Bu pozada dirsəklərinizi arxaya çəkərək sinənizin gərilməsinə çalışın. 20 saniyə ərzində sinənizi gərib buraxın. İki dəfə təkrarlayın və çalışın ki, hər saatda bunu edə biləsiniz.

 

Ombanı gərmək

Oturduğunuz yerdə ayaqlarınızı üst-üstə qoyub uzadın. Əllərinizi birləşdirib irəliyə doğru uzanın. Bu vəziyyətdə 20 saniyə gözləyin. Hər saat üçün 2-3 dəfə təkrar edin.

 

Qarın-bel əzələlərini işlətmək:

Qarın-bel əzələlərini işlətmək üçün stulunuz və ya kreslonuzun ön tərəfində oturun. Ayaqlarınızı sıra ilə qaldırın. Bel və ombada önə və ya arxaya əyilmənin olmamasına diqqət edin. Hər ayağı 8 dəfə qaldırın və gündə iki dəfə təkrarlayın.

 

Əl biləyini tərpətmək:

Əl biləyinizi saat istiqamətində və tərsinə 10 dəfə çevirin. Ovcunuzun içi yuxarı formada əllərinizi başınızın üzərində birləşdirin. Sağ tərəfə əyib 20 saniyəyə qədər gözləyin. Eyni hərəkətləri digər yönünüz tərəflə də edin. Bunu 30 dəqiqədən bir edə bilərsiniz.

 

Kürək və beli gərmək:

Əllərinizi çarpaz formada çiyninizdə tutun. Dərin nəfəs alaraq kreslodan qalxmadan başınızdan yuxarıya doğru uzatmağa çalışın. Nəfəsinizi verərkən özünüzü boşaldın və bunu beş dəfə təkrarlayın.

 

Boyun hərəkətləri:

Boynunuzu yavaş hərəkətlərlə sağa, sola, aşağıya və yuxarıya doğru çevirin. Hər yönə əyiləndə 5 saniyə gözləyin. Bu hərəkəti iki dəfə təkrarlayın.