Yuxuya tez getməyin sirri!

2 Aprel 2019 13:14 | 409
Yuxuya tez getməyin sirri!

Günümüzdə əksər insan yuxusuzluqdan əziyyət çəkir. Şübhəsizdir ki, yuxusuzluq insan beyninə mənfi təsir göstərir.

Bir sıra vacib qayda var ki, yuxusuzluqdan əziyyət çəkənlər üçün bunlar faydalı hesab olunur. 

İlk olaraq, yatmazdan öncə 1 qaşıq bal yemək məsləhət görülür.

İkincisi, yatağınızda rahat deyilsinizsə, dizlərinizin altına yastıq qoyun. Bu halda bel əzələləriniz boşalacaq və siz tez yuxuya gedəcəksiniz. Böyrü üstə yatmağı xoşlayırsınızsa, yastığı ayaqlarınızın arasına qoyub, uzanın. Belə vəziyyət rahatlanmağınıza və tez yuxuya getməyinizə kömək edəcək.

Tez yuxuya getmək üçün yoqlardan götürülmüş "4-7-8" üsulundan istifadə də məsləhət görülür. Bunun üçün əvvəlcə rahat uzanmaq, üz əzələlərini boşaltmaq, dili yuxarı qaldırıb üst dişlərə sıxmaq lazımdır. Sonra ağzınızla nəfəs almaqla ciyərlərinizdəki bütün havanı çəkin, 4-ə qədər sayaraq burnunuzdan çıxarın. 7-yə kimi sayıb nəfəsinizi saxlayın, 8-ə kimi sayaraq ağzınızdan nəfəs almaqla yenidən ciyərlərinizdəki bütün havanı çəkin. Bunu 4 dəfə təkrarlayın, tezliklə yuxuya gedəcəksiniz.

Həmçinin yatmazdan 1-2 saat öncə smartfon və noutbuklardan istifadənin azaldılmağı tövsiyyə edilir. Sakit musuqiyə qulaq asmaq və kitab oxumaq yuxuya getməyinizə kömək edəcək.