Ultra Sleep - stress əleyhinə effektiv vasitə
HƏR KAPSULUN TƏRKİBİ:
Passiflora ekstraktı 100 mq
Valeryan ekstraktı 50 mq
Melissa ekstraktı 75 mq
Çobanyastığı 50 mq
L-Tianin 25 mq
Griffonia simplicifolia 20.4 mq
FARMAKOTERAPEVTİK QRUPU: Bitki tərkibli sedativ preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Passiflora ekstraktı (Çarxıfələk çiçəyi) – tərkibindəki viteksinlə zəngin flavonoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərəkürək-damarsistemininişiniyaxşılaşdırır
Valeryan ekstraktı – sedativ, yuxugətirici və spazmolitik təsir göstərməklə yanaşı, ürəyin yığılma qabiliyyətini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır.
Melissa ekstraktı (Oğulotu ekstraktı) tərkibi sitralla, sitronella, geraiolla, linaloolla, fenilpropanoidlərlə, xlorohenon ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, virus əleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər Melissanın tərkibindəki konkret konponentlərin məsələn; sitronellanın – güclu sedativ təsiri, geraniollanın – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virus əleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissa iştaha artırma, sidikqovucu və ürəkbulanmanı hamilələrdə mükkəmməl olaraq aradan goturməsi ilə tanınmışdır.
Çobanyastığı ekstraktı güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir, yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur. Çobanyastığı çayı mədənin selikli qişasının iltihabını aradan götürür və ağrıları azaldır, ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyə edilir. Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında əla profilaktik vasitədir.
L-tianin – yaşıl çayda olan amin turşusudur ki, gərginliyi və narahatlığı götürmək qabiliyyəti, eləcə də yuxunun keyfiyyətini yaxşılaşdırmağı ilə məşhurdur. L-tianin orqanizmin stressə qarşı davalılığını və enerji artımına kömək edir. L-tianin koqnitiv qabiliyyətləri və əhval-ruhiyəni yaxşılaşdırır.
Qriffoniya simplicifolia - serotoninin sələfi 5-hidroksitriptofanın(5-HTP) mənbəyidir. Qriffoniya simplicifolia toxumlarında 20%-ə qədər 5-hidroksitriptofan(5-HTP) vardır.
5-HTP beyində, ən vacib neyromediatorlardan biri – serotoninin yaranmasını artırır. Serotonin isə antidedepressant, sedativ və həyəcan əleyhinə təsirlərə malikdir.
GÖSTƏRİŞLƏRİ:
- Yüksək sinir oyanıqliğı.
- Əsəb gərginliyi.
- Yuxu pozğunluğu, yuxusuzluq.
- Simpatik aktivlik fonunda sıx ürək ritmi.
- Həyəcan və özünə güvənməmə halları.
- Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya.
- Ağrı və əzələ spazmı, gastrointestinal spazm.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı komponentlərinə qarşı həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
DOZALANMASI: Ultra Sleep yuksək sinir oyanıqlığı, stres, əsəbilik hallarında 1 kapsul gün ərzində 2 dəfə təyin edilir. Yuxu pozğunluğu zamanı 2 kapsul yatmazdan əvvəl təyin edilir. Preparatın qəbulu yeməkdən sonra bol maye ilə tövsiyyə edilir.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Uzunmüddətli qəbulu mümkündür, öyrəşmə yaratmır, preparatın qəbulu zamanı spirtli içkilərdən istifadə yol verilməzdir.
DOZA HƏDDİNİN AŞILMASI: Simptomlar: baş gicəllənmə, qarın nahiyəsində spastik ağrıların olması, bəbəyin genişlənməsi, ürəkbulanma, qusma. Müalicəsi: mədənin yuyulması və simptomatik müalicə.
BURAXILIŞ FORMASI: Ultra Sleep № 60 kapsul
SAXALANMA ŞƏRAİTİ: 250C temperaturdan yuxarı olmayaraq quru və günəş şualarından uzaq, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ: Yararlıq müddəti blisterlərdə və qutuda qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz buraxılır.
İSTEHSALÇI: Vplab(Böyük Britaniya)