1 kq bəzək və 90 qəpik qadının mədəsindən çıxdı

27 İyul 2019 13:51 | 464
1 kq bəzək və 90 qəpik qadının mədəsindən çıxdı
Hindistanda qarın və mədə ağrı şikayətiylə həkimə gedən qadının mədəsindən cəmi məbləği 63 000 funt sterlinq təşkil edən1 kiloqram 680 qram aksesuar udduğu məlum olub.
Benqal əyalətində yerləşən xəstəxanaya şiddətli ağrılarla daxil olan 26 yaşlı Runi Xatun əməliyyat olunub. 1 saat 15 dəqiqə çəkən əməliyyat zamanı qadının mədəsindən çıxanlar həkimləri şoka salıb: 90 qəpik, 69 boyunbağı, 80 sırğa, 11 burun halqası, 8 medalyon, 4 açar, saat siferblatı, 5 qolbağ.
Metal və qızıl əşyalarını görən həkimlər psixoloqa müraciət ediblər. Məlum olub ki, runi Xatunun psixi problemləri var və həmin əşyaları bilərəkdən udub. Hazırda qadının psixoloji müalicəsi davam etdirilir.