​​​​​​​Əsl yaşınızın öyrənmənin yolu - TEST

6 May 2019 22:18 | 476
​​​​​​​Əsl yaşınızın öyrənmənin yolu - TEST

İnsanın əsl yaşı özünü necə hiss etməsindən, sağlamlığı, vərdişləri və xarakterindən daha yaxşı bilinir. Bunlara əsasən, alman həkimlər hər kəsin əsl yaşını anlamasına kömək edən test yaradıblar. Aşağıdakı 15 suala "hə" və ya "yox" cavabları verərək şəxsiyyət vəsiqənizdəki yaşınızın üzərinə göstərilən rəqəmi gəlin və ya çıxın:

1. Böyük şəhərdə yaşayırsınız?

"Bəli" - 1 il əlavə edin. "Xeyr" - 1 il çıxın.

2. Tək yaşayırsınız?

"Bəli" - 1 il əlavə edin. "Xeyr" - 1 il çıxın.

3. Orta məktəbi bitirdikdən sonra təhsilinizi davam etdirmisiniz?

"Bəli" - 1 il çıxın.

4. Müntəzəm olaraq qəzet oxuyursunuz?

"Bəli" - 1 il çıxın.

5. Varlı insan hesab olunursuz?

"Bəli" - 2 il əlavə edin.

6. Peşəniz "oturaq" xarakterlidir?

"Bəli" - 1 il əlavə edin.

7. Həftədə ən azı iki dəfə idmanla məşğul olursunuz?

"Bəli" - 3 il əlavə edin.

8. Həyatından razısınızmı?

"Bəli" - 1 il çıxın. "Xeyr" - 2 il əlavə edin.

9. Gündəlik olaraq spirtli içki içirsiniz?

"Bəli" - 1 il əlavə edin.

10. Hər gün gülürsünüzmü?

"Bəli" - 2 il çıxın.

11. Tez özünüzdən çıxırsınız?

"Bəli" - 2 il əlavə edin.

12. Gündə 6 siqaretdən çox çəkirsiniz?

"Bəli" - 1 il əlavə edin.

13. 10 və ya 20 ildən artıqdır ki, siqaret çəkirsiniz?

"Bəli, 10 il": 3 il əlavə edin. "Bəli, 20 il": 7 il əlavə edin.

14. Özünü hər şeylə maraqlanan adam hesab edirsiniz?

"Bəli" - 1 il çıxın.

15. Özünüzü sərbəst hiss edirsiniz və hər şeyi ürəyinizə salmırsınız?

"Bəli" - 1 il çıxın.

Sizdə hansı rəqəm alındısa, əsl yaşınız da odur.