"Poxmelin" həlli

23 Aprel 2019 20:37 | 455
"Poxmelin" həlli

Həddindən artıq qəbul edilən spirtli içkinin təsirindən insanda şiddətli baş ağrıları, ürəkbulanma, halsızlıq, susamaq - bir sözlə, hamının “poxmel” və yaxud xumarlıq kimi bildiyi hallar yaranır.

“Poxmel”lə mübarizədə müxtəlif üsullardan istifadə olunur: Soyuq duş, yaxud isti vanna, bal şərbəti, şoraba suyu içmək, qatıq, isti və sulu xörəklər yemək, qaçmaq, müxtəlif həblər qəbul etmək və s.

Bu günlərdə isə Çinin Sun Yatsen Universitetinin alimləri “poxmel” sindromu ilə mübarizədə yeni üsul tapıblar.

Çinli alimlərin fikrincə, limon şirəli qazlı mineral su alkoqol sərxoşluğunun nəticələrini aradan qaldırmağa daha yaxşı kömək edir. Belə ki, bu qarışıq spirtli içki qəbulu nəticəsində əmələ gələn böyük miqdarda etanol və atsetaldegidin parçalanmasını və bədəndən ixracını sürətləndirən fermentin əmələ gəlməsini stimullaşdırır.