Yaddaş üçün məşqlər

22 Aprel 2019 19:25 | 572
Yaddaş üçün məşqlər

Yaş irəlilədikcə beyin sağlamlığı geriləməyə başlayır. Beyin sağlamlığımızı qorusaq, bədənimiz və ruhumuz da sağlam olar. Bəs bunu necə edə bilərik? Beyin sağlamlığını qoruyacaq və unutqanlığın qarşısını almağa kömək edəcək beyin məşqlərini diqqətinizə çatdırırıq.

- Evə gedərkən həmişəki yolla getməyin, fərqli yollardan istifadə edin.  

- Bir şeyi unutmamaq üçün ucadan bir neçə dəfə təkrar edin. 

- Nəsə oxuduğunuz zaman eyni anda musiqi də dinləyin.

- Krossvord həll edin və ya "puzzle" yığın. 

- Eyni anda həm beyninizi, həm də bədəninizi çalışdıracaq idmanla məşğul olun.  

- Xarici dil öyrənin. 

- Qoxu və dad kimi duyğular beyini gücləndirir. Odur ki, başqa ölkənin mətbəxini öyrənmək üçün yemək kursuna gedin. 

- Tamamilə səssiz bir ortamda meditasiya edin. 

- Nəyisə xatırlayıb, yadınızda saxlamaq istədiyiniz zaman onu vizual görüntülərlə ağlınızda canlandırın.

- Hər gecə yaxşı yatmağa çalışın. Sağlam yuxu beynin qidasıdır.