ARTRİT
Artrit
Artrit – bütün orqanizmdə baş verən, əsasən oynaqların iltihablanması ilə təzahür olunan iltihabi xəstəliklər qrupudur. Xəstəlik uzun müddət davam etdikdə, iltihabi proses oynaqların səthlərini (sümüklərin epifizləri, oynaq kapsulu, qığırdaq) və oynaqətrafı toxumaları (vətərləri, kisələri, bağları) zədələyə bilər.
- Artritin növləri
- Artritin səbəbləri
- Artritin əlamətləri
- Artritin diaqnostikası
- Artritin müalicəsi
- Artritin təhlükəsi
- Artritin profilaktikası
Artritlərin əsas növləri:
- revmatoid artrit – törədicisi stafilokok infeksiyasıdır, oynaqlarda ağrılarla və onların şişməsi ilə xarakterizə olunur. Oynaqlardan başqa dəri, böyrəklər, qaraciyər və ürək zədələnə bilər;
- podaqrik artrit – maddələr mübadiləsinin pozulması nəticəsində yaranır, oynaqlarda sidik turşusunun yığılması ilə xarakterizə olunur;
- infeksion artrit – adətən bağırsaq infeksiyaları (qarın yatalağı, salmonellez, dizenteriya) nəticəsində yaranır;
- qonoreya (süzənək) artriti – oynaqda çoxlu miqdarda mayenin yığılması ilə xarakterizə olunur.
Bir oynaq zədələndikdə buna monoartrit, iki-üç oynaq zədələndikdə - opiqoartrit, üçdən çox oynaq zədələndikdə isə - poliartrit deyilir.
Xəstəlik oynağın daxili sinovial qişasında iltihabi dəyişikliklərin əmələ gəlməsi nəticəsində yaranır, harada ki çox vaxt iltihabi ekssudat yığılmağa başlayır.
Oynaqları zədələyən artritin dəqiq səbəbləri hələ də müəyyən edilməyib, lakin həkimlər güman edirlər ki, onlara aşağıdakıları aid etmək olar:
- immun sisteminin zəifləməsi;
- infeksiyalar;
- allergik reaksiyalar;
- azhərəkətli həyat tərzi;
- orqanizmin hipotermiyası;
- irsi meyillik.
Artrit üçün xarakterik olan simptomlara aşağıdakılar aiddir:
- əl və ayaq pəncələrinin xırda oynaqlarının simmetrik zədələnmələri, daha sonra bilək oynaqları, baldırla pəncəni birləşdirən oynaqlar, iri oynaqlar cəlb olunur;
- sakit vəziyyətdə səhər və gecə vaxtlarında ağrıların güclənməsi;
- səhərlər oynaqlarda hərəkətlilik qabiliyyətinin azalması;
- oynaqların bir az şişməsi, şişkinliyi;
- tədricən əzələlərin atrofiyasi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Artritin diaqnostikası ilə həkim-revmatoloq məşğul olur, o aşağıdakı tədbirləri həyat keçirir:
- anamnezin toplanması;
- ümumi müayinə;
- qanın ümumi, biokimyəvi analizləri;
- sidiyin analizi.
Artritin müalicəsi özünə aşağıdakıları daxil edir:
- qeyri-steroid iltihab əleyhinə preparatlar;
- qlükokortikosteroidlər;
- iltihab əleyhinə bazis preparatları.
Oynaq artritinin müalicəsi remissiya baş verməzdən əvvəl həyata keçirilir.
Artritin təhlükəsi
Artritin necə müalicə olunacağı vaxtında müəyyən edilməsə, bu aşağıdakı ağırlaşmalara səbəb ola bilər:
- oynaqların deformasiyası, dağılması;
- arteriyaların, sinir köklərinin sıxılması;
- ikincili amiloidoz;
- ateroskleroz;
- osteoporoz.
Gələcəkdə artritin necə müalicə olunması ilə bağlı problemlə qarşılaşmamaq üçün profilaktik tədbirlərə riayət etmək lazımdır:
- qida ilə kifayət miqdarda yağ turşuları (balıq yağı, zeytun yağı) qəbul etmək;
- fiziki məşqlər etmək (həftədə 1-2 dəfə);
- ildə bir dəfə revmotoloqun konsultasiyasına getmək.