BRONXİT
Bronxit
Bronxit – selikli qişanın iltihablanması ilə xarakterizə olunan bronx xəstəliyidir. Bugünkü gündə bronxit tənəffüs orqanlarının ən geniş yayılmış xəstəliyi hesab olunur. Bronxitin kəskin və xroniki formalarını qeyd edirlər.
- Bronxitin səbəbləri
- Bronxitin əlamətləri
- Bronxitin diaqnostikası
- Bronxitin müalicəsi
- Bronxitin təhlükəsi
- Bronxitin profilaktikası
Bronxitin adi formasından başqa onun aşağıdakı formaları da mövcuddur:
- İrinli bronxit (irinli bəlğəmin ifraz olunması ilə xarakterizə olunur);
- obstruktiv bronxit (bronx spazmları ilə müşayiət olunur).
Bronxit - bronxların selikli qişalarının şişməsi və qıcıqlanması nəticəsində yaranır.
İltihaba aşağıdakılar səbəb olur:
- viruslar (o cümlədən, kəskin respirator xəstəliklərə gətirib çıxaran);
- toksik kimyəvi preparatlar və maddələr;
- toz;
- allergenlər.
Xəstəliyin inkişafına təsir edən və potensial ağırlaşmalara səbəb olan amillər:
- siqaret çəkmə;
- hipotermiya;
- burun tənəffüsünün pozulması;
- fizioloji dəyişikliklər (döş qəfəsinin deformasiyası);
- xroniki xəstəliklər.
Uşaqlarda bronxitə aşağıdakı xəstəliklər səbəb ola bilər:
- ekssudativ diatez;
- raxit;
- qızılca;
- göyöskürək (koklüş).
Bronxit üçün xarakterik olan simptomlar:
- quru və nəm öskürək;
- ümumi halsızlıq;
- təngnəfəslik;
- hərarətin 38 dərəcəyə yüksəlməsi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Bronxitin necə müalicə olunacağını həkim-pulmonoloq müəyyən edir:
- fonendoskopun köməyi ilə ağciyərləri dinləyir;
- bronxoskopiya (traxeyanın və bronxların müayinəsini) həyata keçirir;
- bəlğəmin analizini həyata keçirir;
- ağciyərlərin rentgenini təyin edir;
- ağciyərlərin kompyuter tomoqrafiyasını həyata keçirir (xroniki bronxit zamanı).
Bronxitin müalicəsinə aşağıdakılar daxildir:
- bəlğəmin çıxarılması üçün bitki həlimləri, bəlğəm gətirən preparatlar;
- bronxları genişləndirən preparatlar;
- antibiotiklər.
Xroniki bronxit vaxtında və ya lazımi qaydada müalicə olunmadıqda, aşağıdakı təhlükəli xəstəliklərin yaranma riski böyüyür:
- pnevmoniya;
- bronxiolit;
- tənəffüs və ürək çatışmazlığı;
- vərəm;
- ağciyər xərçəngi.
Bronxitin yaranma riskini azaltmaq üçün həkimlər aşağıdakıları tövsiyə edirlər:
- immuniteti möhkəmləndirmək;
- siqaret çəkməmək;
- iş və ya yaşayış otağının havasını tez-tez dəyişmək;
- özünü həddindən artıq soyuğa verməmək;
- müntəzəm olaraq nəfəs çalışmaları kompleksini icra etmək.