DEPRESSİYA
Depressiya
Depressiya – ciddi psixoloji pozğunluqlarla xarakterizə olunan xəstəlikdir.
- Depressiyanın növləri
- Depressiyanın səbəbləri
- Depressiyanın əlamətləri
- Depressiyanın diaqnostikası
- Depressiyanın müalicəsi
- Depressiya zamanı pəhriz
- Depressiyanın təhlükəsi
- Risk qrupu
- Depressiyanın profilaktikası
Bugünkü gündə depressiyanın ən yayılmış növləri aşağıdakılardır:
- Nevrotik depressiya – həyatda baş verən hadisələrə qarşı reaksiya kimi yaranır;
- Endogen depressiya – orqanizmdə baş vermiş pozuntular nəticəsində yaranır;
- Biopolyar depressiya –əhval-ruhiyyənin tez-tez pisdən yaxşıya və yaxşıdan pisə dəyişməsidir.
Xəstəlik psixoloji pozuntular və ya bir sıra sosial amillər nəticəsində yaranır.
Depressiyanın yaranmasına aşağıdakılar səbəb olur:
- Beyində kimyəvi proseslərin pozulması;
- Irsi amil;
- Psixoloji amillər (yaxın insanların ölümü, ailədə pis rəftar);
- Ekzogen stress amilləri (işin itirilməsi, münaqişələr, maliyyə problemləri);
- Uzun müddət davam edən xroniki xəstəliklər;
- Həddindən artıq alkoqol, narkotik qəbulu;
- Orqanizmdə hormonal balansın pozulması.
Depressiya üçün xarakterik olan simptomlar aşağıdakılardır:
- dilxorluq, ruh düşkünlüyü;
- aktivliyin azalması;
- tez yorulma;
- həyata marağın itməsi;
- hərəkət ləngliyi və ya, əksinə, həddindən artıq vurnuxma;
- diqqətin, konsentrasiyanın zəifləməsi;
- yüksək əsəbilik;
- özünə əminsizlik, özündən narazı olma;
- yuxu pozğunluğu, yuxusuzluq;
- iştahanın azalması;
- sürətli çəki itkisi;
- cinsi funksiyanın pozulması.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Depressiyanın necə müalicə olunacağını müəyyən etmək üçün həkim-psixoterapevt ümumi müayinə həyata keçirir və Hamiltonun depressiya şkalası üzrə depressiyanın ağırlıq dərəcəsini müəyyən edir.
Bundan başqa, aşağıdakı analizlər və müayinələr təyin edilə bilər:
- qan analizi;
- sidik analizi;
- bakterioloji analiz;
- elektrokardioqramma.
Yanaşı olaraq terapevt, okulist, nevroloq və ginekoloqun yanında konsultasiyalar tələb oluna bilər.
Depressiyanın müalicəsi özünə aşağıdakıları daxil edir:
- antidepressantlar;
- trankvilizatorlar (ağır dərəcəli depressiya zamanı);
- psixoterapevtik üsullar.
Depressiyanın öhdəsindən gəlmək üçün pasiyentlərə tərəvəzlərə, bitki yağına və dəniz balığına əsaslanan aralıq dənizi pəhrizi (diyetası) təyin edilir.
Depressiyadan qurtulmağın üsulu vaxtında müəyyən edilmədiyi halda, xəstənin intihara cəhd etmə riski yüksəlir.
Risk qrupuna aşağıdakı insanlar daxildir:
- irsi meyilliyi olan insanlar;
- qadınlar (xüsusən də hamiləlik və menopauza dövründə);
- 18-25, 35-40 yaşlarında olan insanlar.
Gələcəkdə “depressiya ilə necə mübarizə aparmaq olar?” sualı ilə qarşılaşmamaq üçün, pasiyentlərə aşağıdakılar tösiyə edilir:
- öz istirahətini düzgün təşkil etmək;
- yuxu rejiminə nəzarət etmək;
- emosional sarsıntılardan, stressli vəziyyətlərdən uzaq durmaq;
- balanslaşdırılmış qidalanmaya riayət etmək.