DERMATİT
Dermatit
Dermatit – xarici və daxili qıcıqlara cavab olaraq dəridə yaranan iltihabi reaksiyalardır.
- Dermatitin növləri
- Dermatitin əlamətləri
- Dermatitin diaqnostikası
- Dermatitin müalicəsi
- Dermatitin təhlükəsi
- Dermatitin profilaktikası
Dermatitin bir neçə növü mövcuddur və onlardan hər birinin öz xüsusiyyətləri var:
- Kontakt dermatit – qıcıqlandırıcının (donma, kimyəvi yanıqlar) birbaşa dəriyə təsiri nəticəsində yaranan reaksiyadır.
- Allergik dermatit – allergenin (müxtəlif kimyəvi və bitki mənşəli maddələrin) dəriyə təsiri nəticəsində yaranan reaksiyadır.
- Atopik dermatit – genetik səviyyədə ötürülə bilən dərinin xroniki iltihabi xəstəliyidir.
- Bez dermatiti (bez səpgisi) – bez və ya uşaq əskisinin parçası ilə daimi təmas nəticəsində uşaqlarda yaranan dəri qicıqlanmasıdır.
- Perioral dermatit – kremlərin, diş pastasının və s.kosmetik vasitələrin komponentlarinə qarşı allergik reaksiya nəticəsində ağızın, bəzən isə gözlərin və göz qapaqlarının ətrafında yaranan səpgilərdir.
Əksər dermatit növlərinin ümumi simptomları aşağıdakılardır:
- İltihabi qızartı;
- şişkinlik;
- qaşınma;
- iltihab yerində dəri temperaturunun yüksəlməsi, yandırma hissi;
- dəridə qabarcıqların, suluqların əmələ gəlməsi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Dermatitin necə müalicə olunacağını müəyyən etmək üçün aşağıdakı diaqnostika növlərindən istifadə olunur:
- diaqnostik sınaqların müayinəsi;
- müxtəlif növ allergenlərə görə testlərin keçirilməsi;
- immun sisteminin ümumi diaqnostikasının keçirilməsi.
Hərtərəfli diaqnostikadan istənilən müasir dermatologiya mərkəzində keçmək olar.
Dermatitin müalicəsi özünə aşağıdakıları daxil edir:
- dərman preparatları (antihistamin, antiallergik, iltihab əleyhinə və dezintoksikasiyaedici vasitələr);
- losyonlar (dezinfeksiyaedici və iltihab əleyhinə preparatlar);
- qaşınmanı azaldan kremlər, gellər və mərhəmlər.
İstənilən növ dermatitin təhlükəsi ondadır ki, vaxtında müalicə olunmadığı halda bu xəstəlik daxili orqanları zədələyə, sinir sisteminə, həzm yoluna və tənəffüs orqanlarına mənfi təsir göstərə bilər.
Xəstəliyin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:
- immun sistemini dəstəkləmək;
- allergenlərlə təması istisna etmək;
- kosmetik vasitələrin tərkibinə diqqət yetirmək;
- təbii parçalardan olan paltar və alt paltarları geyinmək.