DİAREYA

Diareya

 

Diareya (ishal) – tez-tez baş verən defekasiya və maye şəklində nəcis ilə təzahür olunan patoloji haldır. Diareya həm böyüklərdə, həm də uşaqlarda yaranır.

  • Diareyanın səbəbləri
  • Diareyanın əlamətləri
  • Diareyanın diaqnostikası
  • Diareyanın müalicəsi
  • Diareya zamanı pəhriz
  • Diareyanın təhlükəsi
  • Risk qrupu
  • Diareyanın profilaktikası

 

Diareyanın səbəbləri

 

Bağırsaqda mayenin və elektrolitlərin sorulması prosesində pozuntunun əmələ gəlməsi nəticəsində yaranır.

Onun aşağıdakı səbəbləri ola bilər:

  • Sekretor formaya yanlış dozada qəbul edilmiş işlətmə dərmanları, zəhərlər, vəba (xolera) vibrionları səbəb olur. Çoxlu, açıq rəngli, qoxusuz, qan və irin qatışığı olmayan nəcis (stul) əmələ gəlir.
  • Ekssudativ formaya bağırsaq infeksiyaları (dizenteriya, salmonellez), helmintozlar, Kron xəstəliyi, xoralı kolitlər, mədə xəstəlikəri səbəb olur. Böyük miqdarda nəcis ifraz olunmur, o qan və irin zolaqcıqları ilə müşayiət olunur, bəzən açıq sarı və ya yaşıl rəngdə olur.
  • Osmolyar forma mədəaltı vəzinin fermentativ funksiyasının pozuntuları, rotaviruslara yoluxma zamanı meydana gəlir. Xəstəliyin məhz bu formasına daha çox uşaqlarda rast gəlinir.

 

Bağırsağın kinetik funksiyasının pozulması nəticəsində yaranan diareyaya çox vaxt stress səbəb olur.

 

Diareyanın əlamətləri

 

Duru nəcis (stul) – diareyanın əsas əlamətidir.

Əlavə əlamətlər:

  • qarında sancı, kolikər;
  • meteorizm;
  • ürəkbulanma, qusma;
  • qızdırma;
  • tenezmlər (yanlış defekasiya istəyi).

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Diareyanın diaqnostikası

 

Nəcis patoloji floranın, sadə mikroorqanizmlərin və helmint yumurtalarının olub olmamasına görə müayinə olunur. İshal xroniki xarakter daşıdığı halda, daxili orqanların USM-ini, kolonoskopiya və, lazım gəldikdə, toxumaların biopsiyasını həyata keçirmək lazımdır.

 

Diareyanın müalicəsi

 

“Diareyanı necə müalicə etmək olar?” sualına birmənalı cavab yoxdur. Diareyanın müalicəsi onun yaranma səbəbindən asılıdır.

  • İnfeksion zədələnmə zamanı antibiotiklər (Levomisetin, Biseptol, Norbaktin), sulfanilamidlər, nitrofuranlar təyin edilir.
  • Duru nəcis stresslə əlaqəlidirsə, sedativ maddələrdən və trankvilizatorlardan (Tazepam, Seduksen, Qrandaksin, Persen) istifadə olunur.
  • Susuzlaşma (adətən uşaqlarda olur) zamanı venadaxili maye inyeksiyaları təyin edilir. Rehidronun və Qastrolitin, eləcə də  müxtəlif enterosorbentlərin və probiotiklərin qəbulu tövsiyə edilir.

 

Diareya zamanı pəhriz

 

4 nömrəli pəhriz təyin edilir. Çoxlu su içmək tövsiyə olunur. Həmçinin düyü həlimi, yağsız şorbalar, bişmiş tərəvəzlər, çorək əvəzinə suxari (qurudulmuş çörək) yemək tövsiyə olunur. Yağlı, qızardılmış, duzlu yeməklər, meyvələr, şirələr, bişməmiş tərəvəzlər yemək olmaz.

 

Diareyanın təhlükəsi

 

Orqanizmin susuzlaşması baş verə bilər. Diareya xüsusilə uşaqlar üçün təhlükəlidir. Bağırsaq infeksiyaları zamanı sepsis əmələ gələ bilər. Elektrolitlərin yuyulması qıcolmalara və ürək dayanmasına gətirib çıxara bilər. Buna görə də, narahatlıq doğuran simptomlar olduqda, mütləq yaxınlıqda yerləşən tibb mərkəzində qastroenteroloqa müraciət etmək lazımdır.

 

Risk qrupu

 

Diareya ən çox uşaqlarda, yaşlı və immuniteti zəifləmiş insanlarda yaranır.

 

Diareyanın profilaktikası

 

Şəxsi gigiyena qaydalarına riayət etmək (ilk növbədə, əllərin yuyulması), yalnız yuyulmuş meyvə-tərəvəzlər qəbul etmək.