GİNEKOMASTİYA
Ginekomastiya
Ginekomastiya – kişilərdə süd vəzilərinin böyüməsi və nəticədə kişi sinəsinin qadın sinəsinə bənzəməsidir. Qadın ginekomastiyasından danışmaq düzgün deyil: qadınlarda həddindən böyük döş vəziləri – süd vəzilərinin hipertrofiyası hesab edilir.
- Ginekomastiyanın növləri
- Ginekomastiyanın səbəbləri
- Ginekomastiyanın əlamətləri
- Ginekomastiyanın diaqnostikası
- Ginekomastiyanın müalicəsi
- Ginekomastiyanın təhlükəsi
- Ginekomastiyanın profilaktikası
- Risk qrupu
Ginekomastiyanın növləri
Kişilərdə ginekomastiyanın üç növü olur:
- həqiqi – vəzi toxumalarının böyüməsi;
- yalançı – piy yığınlarının çoxalması;
- qarışıq – həqiqi və yalançı növlərin kombinasiyası.
Ginekomastiyanın müxtəlif səbəbləri ola bilər:
- bəzi dərmanların qəbulu, anabolik steroidlərin qəbulu;
- piylənmə, xayalarda, böyrəküstü vəzilərdə, mədəaltı vəzidə, ağciyərlərdə, mədədə şişlər;
- prostat vəzinin adenoması;
- şəkərli diabet;
- qaraciyər xəstəlikləri;
- maddələr mübadiləsinin pozuntuları;
- diffuz toksik ur (zob);
- ürək-damar çatışmazlığı;
- ağciyər vərəmi, xroniki böyrək çatışmazlığı;
- alkoqolizm.
Yeniyetmə dövründə oğlanların az qala 70%-ində yeniyetmə ginekomastiyası yaranır. Yeniyetmələrdə ginekomastiya yaşla bağlı olan hormonal dəyişikliklər nəticəsində yaranır, adətən onu müalicə etmirlər.
Ginekomastiyanın üç mərhələsi var:
- proqressiv (inkişaf edən) – yaranmasından dörd aydan çox keçməyib, prosesi geri döndərmək olar;
- aralıq – pasiyentin ciddi müalicəyə ehtiyacı var;
- fibroz – sinə qadın sinəsi kimi görünür, toxumalarda baş vermiş dəyişikliklər qaytarılmazdır.
Ginekomastiyanın əlamətləri:
- süd vəzilərinin böyüməsi (orta hesabla 1-4 sm);
- ağrılıq, əmcəklərdən ifrazatlar müşahidə oluna bilər.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Ginekomastiyanın diaqnostikası üçün aşağıdaki tədbirləri görmək lazımdır:
- həkim müayinəsi;
- xorioqonadotropin, testosteron, estradiol, lüteinləştirici hormon, prolaktin hormonlarına görə qan analizi;
- döş və qoltuqaltı limfa düyünlərinin ultrasəs müayinəsi;
- mammoqrafiya;
- punksion biopsiya; ifrazatların sitoloji müayinəsi;
- qaraciyərin funksional probları;
- göstəricilər üzrə həmçinin qalxanabənzər vəzi, böyrəküstü vəzi hormonları müayinə edilir; xromosom analizi həyata keçirilir.
Müalicə həm konservativ, həm də operativ ola bilər. Terapiya kömək etmədikdə, “kişilərdə ginekomastiya” diaqnozu zamanı cərrahi müalicə həyata keçirilir. Ginekomastiyanı müalicə etmək üçün həkim süd vəzinin toxumalarını və piy toxumasını çıxarır. Ginekomastiyanın aradan qaldırılması həm klassik, həm də nisbətən travmatikliyi az olan (punksion-aspirasiya, endoskopik) üsullarla həyata keçirilir.
Müvafiq müalicə tədbirləri görülmədikdə, ginekomastiya bədxassəli yenitörəməyə çevrilə bilər.
Alkoqoldan, həddindən artıq qida qəbulundan və əzələ kütləsini artıran idman preparatlarından imtina etmək. “Xalq” üsulları ilə ginekomastiya müalicə olunmur.
11-14 yaşlı yeniyetmələr, 50 yaşdan 80 yaşadək olan kişilər. Anabolik steroidlər qəbul edən idmançılar.