İNSULT

İnsult

 

İnsult – beynin qan dövranının kəskin pozuntusudur. İnsult ölümün ən çox yayılmış səbəbləri arasında ürək-damar xəstəliklərindən və xərçəngdən sonra üçüncü yeri tutur.

  • İnsultun növləri
  • İnsultun səbəbləri
  • İnsultun əlamətləri
  • İnsultun diaqnostikası
  • İnsultun müalicəsi
  • İnsultun təhlükəsi
  • Risk qrupu
  • İnsultun profilaktikası

 

İnsultun növləri

 

İnsultun aşağıdakı növləri qeyd olunur:

  • İşemik insult (beynin bəzi hissələri qanla təchiz olunmur);
  • Hemorragik insult (beynin bir hissəsi qan hopdurur);
  • Subaraxnoidal qan sızması (beyin qişasının damarlarının partlaması).

 

İnsultun səbəbləri

 

İnsult beyinə qan axınının pozulması və ya beyin arteriyasının partlaması nəticəsində yaranır.

İnsultun səbəbləri:

  • artıq bədən kütləsi;
  • baş beyin damarlarının trombozu;
  • baş beyin damarlarının aterosklerozu;
  • emboliya (trombun qopması);
  • arteriya divarlarının zəif olması;
  • anevrizm;
  • arterial hipertenziya;
  • zədələnmə (güclü baş zərbəsi).

 

İnsultun əlamətləri

 

İnsultun xarakterik əlamətləri aşağıdakılardır:

  • üz, qol, ayaq əzələlərinin çox vaxt bir tərəfdən (beynin zədələnmiş hissəsinə əks olan tərəfdən) keyləşməsi;
  • nitqin pozulması;
  • bir və ya hər iki gözün görmə qabiliyyətinin pisləşməsi;
  • başgicəllənmə;
  • hərəkət koordinasiyasının pozulması;
  • güclü baş ağrısı;
  • ürək döyüntüsünün sürətlənməsi;
  • yüksək arterial təzyiq;
  • üz dərisinin tünd qırmızı ya qırmızı rəng alması.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

İnsultun diaqnostikası

 

İnsultun diaqnostikası üçün həkim-nevroloq aşağıdakı müayinələri təyin edir:

  • qanın ümumi analizi;
  • sidik analizi;
  • beynin kompyuter tomoqrafiyası;
  • beynin maqnit-rezonans tomoqrafiyası;
  • qan damarlarının angioqrafiyası;
  • arteriyaların doppleroqrafiyası;
  • ürəyin exokardioqrafiyası və ya ultrasəs müayinəsi.

 

İnsultun müalicəsi

 

İnsultun müalicəsi özünə aşağıdakıları daxil edir:

  • beynin qan dövranını yaxşılaşdıran preparatlar;
  • arterial təzyiqi normallaşdıran preparatlar;
  • trombolitiklər;
  • kortikosteroidlər;
  • ürək qlikozidləri;
  • fizioterapiya;
  • masajlar, bərpaedici gimnastika.

 

İnsultun təhlükəsi

 

İnsultun aşağıdakı fəsadları olur:

  • parez, bədənin bir tərəfinin əzələlərinin iflici;
  • koma;
  • nevropatiya;
  • urodinamikada pozuntular;
  • tənəffüs, ürək fəaliyyətində pozuntular;
  • nitq pozuntuları;
  • yadaş pozuntuları;
  • zehni fəaliyyətin zəifləməsi;
  • görmə qabiliyyətinin pisləşməsi.

 

Ağır insult və ya insultun təkrar baş verməsi letal nəticəyə gətirib çıxara bilər.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • yaşlı insanlar;
  • ürək xəstəlikləri olan insanlar;
  • şəkərli diabetdən əziyyət çəkən insanlar;
  • hipertoniyadan əziyyət çəkən insanlar;
  • tranzitor işemik tutmalara məruz qalan insanlar.

 

İnsultun profilaktikası

 

İnsultin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:

  • arterial təzyiqə nəzarət etmək;
  • qanda şəkərin səviyyəsinə nəzarət etmək;
  • damar xəstəliklərini vaxtında müalicə etmək;
  • işemik xəstəlikdən əziyyət çəkən insanlara xüsusi pəhrizə riayət etmək.