MİOKARD İNFARKTI
Miokard infarktı
Miokard infarktı (ürək tutması) – ürəyin işemik xəstəliyinin kəskin formasıdır. Bu xəstəlik zamanı qan dövranı pozulur və ürək əzələsinə qan gəlib çatmır. Qan ürək əzələsinə 15 dəqiqədən artıq müddətdə çatmadığı təqdirdə, həmin sahədə hüceyrələr ölür (ürək əzələsinin nekrozu). Ölmüş ürək hüceyrələri ilə olan sahə miokard infarktı adlandırılır.
- Miokard infarktının səbəbləri
- Miokard infarktının əlamətləri
- Miokard infarktının diaqnostikası
- Miokard infarktının müalicəsi
- Miokard infarktının təhlükəsi
- Miokard infarktının profilaktikası
- Risk qrupu
60 yaşadək kişilərə, qadınlarla müqayisədə daha tez-tez “kəskin miokard infarktı” diaqnozu qoyulur, çünki kişilərdə ateroskleroz (arteriyaların xəstəliyi) daha erkən inkişaf edir. Nekrotik zona geniş və ya xırdaocaqlı olur. Nekrotik zonanın yerləşdiyi yerdən asılı olaraq miokard infarktının aşağıdakı növlərini qeyd edirlər: ön, yan, mədəcikarası miokard infarktı.
Miokard infarktı (ürək damarının boşluğunda) aterosklerotik ateroma (düyün) yerində trombun əmələ gəlməsi nəticəsində yaranır.
Bu hala aşağıdakılar səbəb ola bilər:
- ÜİX (ürəyin işemik xəstəliyi);
- diabet və hipertenziya;
- piylənmə;
- güclü stress;
- siqaret çəkmə və alkoqol.
Miokard infarktı yarandıqda, simptomlar getdikcə artır:
- əvvəlcə klassik stenokardiya tutmaları;
- daha sonra bədənin müxtəlif hissələrinin sol tərəfinə (çənə, kürək, qol, mədə) vuran güclü ürək ağrıları;
- solğunluq və soyuq yapışqan tər;
- aritmiya.
Yaranmış nekroz qızdırmaya, təzyiqin düşməsinə, tənginəfəsliyə, ödemlərə (məsələn, aşağı ətrafların) səbəb olur. Sağalma dövründə nekrozun simptomları tədricən zəifləməyə başlayır.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
“Miokard infarktı” xəstəliyi aşağıdakı yollarla diaqnostika olunur:
- EKQ;
- qan analizi (qan xarakterik biokimyəvi tərkibə malik olur);
- koronaroqrafiya.
Miokard infarktından şübhələndikdə müalicəyə xəstənin dərhal xəstəxanaya yerləşdirilməsindən və kompleks reanimasiya tədbirlərinin görülməsindən başlanılır. Mütləq şərtlərdən biri pasiyentin psixi-emosional sakitliyidir.
Ağrıları, aritmiyanın və ürək çatışmazlığının, eləcə də ölümə gətirib çıxaran kardiogen şokun inkişafına yol verməməyə çalışaraq,narkotik analgetiklərlə aradan qaldırırlar.
Xəstənin vəziyyəti imkan verdiyi halda, kəskin mərhələdən sonrakı ilk sutkalar ərzində koronar angioplastika (arteriyaların boşluğunun genişləndirilməsi) həyata keçirilir. Reabilitasiya müddəti və proqramı ürəyin zədələnmə dərəcəsindən asılıdır. Adətən ona bərpaedici terapiya, yüngül hissə-hissə qidalanma, mütəxəssisin nəzarəti altında fiziki yüklənmələr daxildir.
Miokard infarktının fəsadları aşağıdakilardı:
- ağciyərlərin şişməsi (pulmonar ödem);
- kardiogen şok;
- ölüm (infarkt zamanı ölüm halları 35%-ə çatır)
Xəstəliyin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:
- xroniki sistemli xəstəliklərə nəzarət;
- çəkinin sabitləşdirilməsi;
- alkoqoldan və siqaretlərdən imtina;
- gərginliyin (həm fiziki, həm də psixoloji) aradan qaldırılması.
Risk qrupuna aşağıdakı insanlar daxildir:
- diabetiklər və hipertoniklər;
- ÜİX və stenokardiya xəstələri;
- artıq çəkili insanlar;
- alkoqol və siqaret aludəçiləri.