MİQREN
Miqren
Miqren – başın bir hissəsində lokallaşan güclü baş ağrıları ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Boyun miqreni boyun oynaqlarının iltihablanması nəticəsində yaranır.
-
Miqrenin növləri
-
Miqrenin səbəbləri
-
Miqrenin əlamətləri
-
Miqrenin diaqnostikası
-
Miqrenin müalicəsi
-
Miqrenin təhlükəsi
-
Risk qrupu
-
Miqrenin profilaktikası
Miqren zamanı aura baş ağrısı tutmasından əvvəl gələn əlamətlərdi.
Miqrenin növləri
Miqrenin iki növünü qeyd edirlər:
-
klassik (auralı);
-
ümumi(aurasız).
Miqren əsasən 30-50 yaşları arasında olan qadınlarda müşahidə olunur. Uşaqlarda miqren 5 yaşdan sonra yarana bilər.
Miqrenin yaranma səbəbləri hələ də tam öyrənilməyib. Bir neçə fərziyyə qeyd olunur:
-
arterioların daralması, baş beynin qan dövranının pozulması;
-
damarların qeyri-bərabər şəkildə genişlənməsi;
-
sinir sisteminin neyrovaskulyar pozğunluqları;
-
serotonin mübadiləsinin sistem pozuntusu.
Xəstəliyə aşağıdakı amillər səbəb ola bilər:
-
alkoqollu içkilər;
-
güclü stress;
-
tozlu və ya siqaret çəkilən otaqda olma;
-
hormonal dəyişikliklər (qadınlarda).
“Miqren” xəstəliyi üçün xarakterik olan simptomlar aşağıdakılardır:
-
baş ağrısı;
-
ürəkbulanma;
-
güclü işığa və səs-küyə qarşı yüksək həssaslıq.
Klassik miqrenin aurası aşağıdakı şəkildə təzahür oluna bilər:
-
göz önündə işıq ləkələri;
-
ətrafların zəifləməsi, qismən keyləşməsi;
-
müəyyən iyin hiss edilməsi;
-
nitqin ləngiməsi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Miqrenin necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-nevroloq pasiyientin müayinəsini həyata keçirir, və başqa bir xəstəliyi istisna etmək və ya baş ağrısına səbəb olan xəstəliyi müəyyən etmək üçün aşağıdakıları təyin edir:
-
sidiyin və qanın biokimyəvi analizi;
-
baş beynin maqnit-rezonans tomoqrafiyası;
-
baş beynin kompyuter tomoqrafiyası;
-
elektroensefaloqrafiya.
Miqrenin əsas müalicəsinin bir neçə istiqaməti var:
-
böyrəküstü və qalxanabənzər vəzilərinin fəaliyyətinin sabitləşdirilməsi;
-
sinir sisteminin fəaliyyətinin sabitləşdirilməsi;
-
ürək-damar sisteminin möhkəmləndirilməsi.
Bəzi hallarda ağrıkəsici preparatlar təyin edilir.
Xəstəliyin simptomları aşkarlandıqda, dərhal həkimə müraciət etmək lazımdır, çünki bu aşağıdakı ciddi xəstəliklərin inkişafına siqnal ola bilər:
-
baş beyin şişi;
-
beyin abssessi;
-
meningit;
-
anevrizma;
-
ensefalit;
-
hidrosefaliya.
Risk qrupuna aşağıdakı insanlar daxildir:
-
iri meqapolis sakinləri;
-
qadınlar (menstruasiyalar dövründə);
-
irsi meyilliyi olan insanlar.
Miqrenin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:
-
balanslaşdırılmış qidalanmaya riayət etmək (həddindən artıq qida qəbul etmədən və ac qalmadan);
-
siqaret çəkməmək;
-
sutkada ən azı 7-8 saat yatmaq.