NEVROZ
Nevroz
Nevrozlar – zehni və fiziki iş qabiliyyətini azaldan müəyyən psixi və əsəbi pozğunluqlar qrupudur.
-
Nevrozun növləri
-
Nevrozun səbəbləri
-
Nevrozun əlamətləri
-
Nevrozun diaqnostikası
-
Nevrozun müalicəsi
-
Nevrozun təhlükəsi
-
Nevrozun profilaktikası
Nevrozun növləri
Nevrozun aşağıdakı növlərini qeyd edirlər:
-
Nevrasteniya (əsəbilik, tez yorulma);
-
İsteriya (sensor və hərəkət pozğunluqları);
-
Obsessiv hallar nevrozu (səbəbsiz qorxular).
Uşaqlarda nevroz 2-3 yaşdan sonra yarana bilər.
Xəstəliyə sinir hüceyrələrinin funksiyasının pozğunluğu səbəb olur. Nevrozun əsas səbəbləri aşağıdakılardır:
-
Həddindən artıq zehni və fiziki yüklənmələr;
-
Sinir sisteminin zəifləməsi;
-
Tez yorulmaya, ardınca isə həddindən artıq yorulmaya anadangəlmə meyillik;
-
Həddindən artıq alkoqol və ya narkotik maddələrin qəbulu.
Nevroz üçün xarakterik olan simptomları psixi və fiziki simptomlara bölmək olar.
Psixi simptomlar:
-
Emosional gərginlik;
-
Xroniki yorğunluq;
-
Temperaturun dəyişməsinə, güclü işığa və səs-küyə qarşı həssaslıq;
-
Özünü aşağı və ya yüksək qiymətləndirmə, komplekslər;
-
Əhval-ruhiyyənin tez-tez dəyişməsi;
-
Ağlağanlıq;
-
Əsəbilik.
Somatik simptomlar:
-
Baş ağrıları;
-
Əllərdə titrəmə;
-
Başgicəllənmə, gözlərin qaralması;
-
Potensiyanın zəifləməsi;
-
İştahanın pozulması (anoreksiya, bulimiya);
-
Yuxu pozğunluğu (yuxusuzluq, qorxulu gecə yuxuları).
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Xəstəliyin diaqnostikası məqsədi ilə həkim-nevroloq əsəb sisteminin orqanik xəstəliklərini istisna etmək üçün xəstənin tam müayinəsini təyin edir.
Nevrozun müalicəsi üçün adətən aşağıdakı müalicə vasitələri təyin edilir:
-
Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdıran preparatlar;
-
Vitaminlər;
-
Psixoterapiya.
Son tədbir kimi həkim aşağıdakı preparatların qəbulunu təyin edir:
-
antidepressantlar;
-
trankvilizatorlar (yuxunu normallaşdırmaq və həyəcanı aradan qaldırmaq üçün təyin edilir).
Uşaqlarda nevrozun müalicəsi əksər hallarda uşaqda stress yaradan səbəblərin aradan qaldırılmasını nəzərdə tutur.
Müalicə olunmadıqda, nevroz əsəb sistemini dağıtmağa davam edərək insana əhəmiyyətli dərəcədə təsir göstərə bilər, bu isə aşağıdakılara gətirib çıxarır:
-
iş qabiliyyətinin pozulması;
-
asosial davranış;
-
depressiya;
-
panik tutmalar;
-
fobiyalar.
Nevrozun profilaktikası üçün həkimlər aşağıdakıları tövsiyə edirlər:
-
stressli vəziyyətlərdən uzaq durmaq;
-
zehni özünə hakim olma və zehnirahatlanma məşqlərini etmək.