ÖD DAŞI XƏSTƏLİYİ

Öd daşı xəstəliyi

 

Öd daşı xəstəliyi – öd kisəsində və ya öd axarlarında daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.

  • Öd daşı xəstəliyinin səbəbləri
  • Öd daşı xəstəliyinin əlamətləri
  • Öd daşı xəstəliyinin diaqnostikası
  • Öd daşı xəstəliyinin müalicəsi
  • Öd daşı xəstəliyinin təhlükəsi
  • Risk qrupu
  • Öd daşı xəstəliyinin profilaktikası

 

Öd daşı xəstəliyinin səbəbləri

 

Xəstəlik öd hasilatının və sirkulyasiyasının (dövr etməsinin) pozğunluqları nəticəsində yaranır.

Öd daşı xəstəliyinin yaranma səbəbləri aşağıdakılardır:

  • İrsi amil;
  • Xolesterinin və bilirubinin mübadiləsini pozan preparatların qəbulu;
  • Yanlış qidalanma, pəhrizlər;
  • Artıq çəki;
  • Qanda xolesterin səviyyəsinin yüksəlməsi;
  • Maddələr mübadiləsi ilə bağlı olan xəstəliklərin (şəkərli diabet, metabolik sindrom) nəticələri;
  • Mədə-bağırsaq xəstəliklərinin nəticələri;
  • Mədə üzərində keçirilmiş əməliyyatlar.

 

Uşaqlarda öd daşı xəstəliyi maddələr mübadiləsinin pozuntuları və ödçıxarıcı sistemin inkişaf pozuntusu nəticəsində yaranır.

 

Öd daşı xəstəliyinin əlamətləri

 

Öd daşı xəstəliyi üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • Qaraciyər, öd kolikləri (sancıları);
  • sağ qabırğaaltında belə, boğaza, sağ çiyinə vuran sancan ağrılar;
  • ürəkbulanma, qusma;
  • ağızda acılıq, qıcqırma;
  • hərarətin yüksəlməsi, qızdırma;
  • dərinin, göz skleralarının saralması (obturasion sarılıq);
  • nəcisin rəngsizləşməsi.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Öd daşı xəstəliyinin diaqnostikası

 

Öd daşı xəstəliyinin necə müalicə olunacağını müəyyən etmək üçün həkim-qastroenteroloq bir sıra müayinələr təyin edir:

  • fizikal müayinə;
  • qanın ümumi, biokimyəvi analizləri;
  • öd kisəsinin xolesistoqrafiyası;
  • qarın boşluğu orqanlarının ultrasəs müayinəsi;
  • ödçıxarıcı yolların maqnit-rezonans tomoqrafiyası;
  • ödçıxarıcı yolların kompyuter tomoqrafiyası.

 

Öd daşı xəstəliyinin müalicəsi

 

Öd daşı xəstəliyinin müalicəsi aşağıdakılardan ibarətdir:

  • operativ metodlar (xolesistomiya, öd kisəsinin çıxarılması - xolesistektomiya);
  • daşların parçalanması üçün ultrasəs və ya elektromaqnit müalicə;
  • tərkibində ursodezoksixol və xenodezoksixol turşuları olan preparatlar.

 

Öd daşı xəstəliyinin təhlükəsi

 

Öd daşı xəstəliyinin müalicəsinə vaxtında başlanılmasa, bu ciddi ağırlaşmalara gətirib çıxara bilər, onlar arasında aşağıdakılar var:

  • öd kisəsinin iltihabı;
  • pankreatit;
  • xolangit;
  • perixolesistit;
  • öd axarının tutulması;
  • öd kisəsinin partlaması;
  • peritonit;
  • qarın boşluğunun abssessi.

 

Letal nəticə də mümkündür.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • irsi meyilliyi olan insanlar;
  • yaşlı insanlar;
  • qadınlar (xüsusən də hamilə olan);
  • azhərəkətli həyat tərzi sürən insanlar;
  • qaraciyər xəstəlikləri (hepatit, qaraciyər sirrozu) olan insanlar.

 

Öd daşı xəstəliyinin profilaktikası

 

Öd daşı xəstəliyinin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:

  • balanslaşdırılmış qidalanmaya riayət etmək;
  • kifayət miqdarda maye qəbul etmək;
  • bədən kütləsini normal səviyyədə saxlamaq;
  • qarın boşluğu orqanlarının xəstəliklərini vaxtında müalicə etmək;
  • fiziki məşqlər etmək.