PANARİSİUM (PANARİSİY)
Panarisium (panarisiy)
Panarisium əl barmaqlarının, bəzən isə ayaq barmaqlarının toxumalarında kəskin irinli iltihabi prosesdir. Bu hal zamanı zədələnməyə həm səthi, həm də dərin barmaq toxumaları məruz qalır. Baxmayaraq ki, xəstəlik xırda mexaniki zədələnmə nəticəsində inkişaf edə bilər, bu problemə etinasız yanaşmaq olmaz.
- Panarisiumun növləri
- Panarisiumun səbəbləri
- Panarisiumun əlamətləri
- Panarisiumun diaqnostikası
- Panarisiumun müalicəsi
- Panarisiumun təhlükəsi
- Panarisiumun profilaktikası
Panarisiumun növləri
Bu xəstəliyin bir neçə növü var:
- dərialtı panarisium;
- dırnaqətrafı panarisium;
- oynaq panarisiumu;
- sümük panarisiumu (bu halda tək toxumalar yox, həm də sümüklər zədələnir, bu zaman irinləmə sümüyə və sümük üstlüyünə keçir);
- dəri-oynaq panarisiumu;
- vətər panarisiumu.
Panarisiumun əsas səbəbləri – əl və ayaq barmaqlarının xırda zədələnmələridir, o cümlədən:
- iynə batması,
- xırda cızılmalar,
- kəsiklər,
- əziklər,
- yanıqlar;
- ev heyvanlarının qoyduğu cızıqlar.
Uşaqlarda panarisium böyük insanlarla müqayisədə daha dinamik şəkildə inkişaf edir, çünki uşaqlar gigiyenaya çox diqqət yetirmirlər, onlar hər şeyə əlləri ilə toxunur, dərini zədələyirlər və nəticədə mikroblar maneəsiz şəkildə onların artması üçün rahat olan mühitə düşürlər. Uşaqların dərisi böyüklərdəki kimi qoruyucu baryer xüsusiyyətlərinə malik deyil.
Əsas törədicilər – stafilokok, streptokok və ya onların hər ikisidir. Mikroblar toxumaları və sümükləri zədələyə bilən irinli iltihaba səbəb olurlar.
Panarisiumun simptomları aşağıdakılardır:
- irinli ocağın yerləşdiyi yerdə pulsasiya edən, dartılan ağrı;
- sakitləşməyə və yatmağa imkan verməyən ağrı;
- irinləmə;
- şiş;
- yara yerində dərinin gərilməsi;
- barmaq tikanlı kimi olur;
- temperatur yüksəlir;
- üşütmə;
- baş ağrısı;
- zəiflik və əzginlik hissi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Panarisiumun diaqnostikası üçün peşəkar cərraha müraciət etmək lazımdır.
Həkim aşağıdakı tədbirləri həyata keçirəcək və ya təyin edəcəkdir:
- iltihab ocağının müayinəsi;
- qanın ümumi analizi.
Panarisiumun müalicəsi aşağıdakı tədbirlərin görülməsini nəzərdə tutur:
- yaş istiliyin tətbiq edilməsi (barmaq, xörək duzu və çay sodası ilə qarışdırılmış qaynar suya salınır);
- manqan məhlulu, evkalipt ilə kiçik vannalar;
- parafinoterapiya;
- cərrahi müdaxilə;
- “Kenevel” əməliyyatı (dırnaq plastini kənara çəkilir, laylanmış kənar yonulur). Cərrahi əməliyyat zamanı dırnaq yastığının və dırnaq yatağının zədələnməsinə yol vermək olmaz, çünki dırnaq uzandıqca düzgün formada almayacaq.
Barmaq panarisiumunun müalicəsini ixtisaslaşdırılmış tibb müəssisəsində həyata keçirmək lazımdır. Özbaşına müalicə geri qaytarılmaz nəticələrə gətirib çıxara bilər. Barmaq panarisiumunun necə müalicə olunmalı olduğu haqda peşəkar cərrah məlumat verə bilər.
Barmaq panarisiumu vaxtında müalicə olunmadığı təqdirdə, irinləmə toxumaların daxilinə, yəni, vətərə, sümüyə və oynağa yayıla bilər. Bu barmaqların funksiyasının tam itirilməsinə gətirib çıxara bilər. Bu problem pandaktilitə səbəb ola bilər, bu isə artıq əl barmağının ağır xəstəliyidir.
Bu hal zamanı profilaktik tədbirlər siyahısı aşağıdakılardan ibarətdir:
- şəxsi gigiyena qaydalarına riayət etmək;
- əl və ayaq barmaqlarının mexaniki zədələnmələrinə imkan verməmək;
- deşici və kəsici əşyalardan istifadə zamanı ehtiyatlı olmaq;
- başqalarının manikür dəstlərindən istifadə etməmək;
- manikür və pedikür zamanı diqqətli olmaq;
- xırda yaraları dezinfeksiya etmək;
- vaxtında tibbi yardım almaq üçün cərraha müraciət etmək lazımdır, o sizə panarisiumun müalicə yolları haqqında məlumat verəcək.