PANKREATİT
Pankreatit
Pankreatit – mədəaltı vəzinin iltihabıdır. Pankreatit mədəaltı vəzinin fəaliyyətinin və həzm şirələrinin bağırsağa axını prosesinin pozulmasına səbəb olur. Nəticədə yüksək ferment tərkibli həzm şirələri toplanır və mədəaltı vəzinin strukturuna dağıdıcı təsir göstərir.
- Pankreatitin səbəbləri
- Pankreatitin növləri
- Pankreatitin əlamətləri
- Pankreatitin diaqnostikası
- Pankreatitin müalicəsi
- Pankreatit zamanı pəhriz
- Xalq təbabəti ilə pankreatitin müalicəsi
- Pankreatitin təhlükəsi
- Risk qrupu
Həzm şirəsinin fermentləri tək mədəaltı vəzini yox, həm də onun yanında yerləşən orqanları da dağıda bilərlər, bu isə ağır fəsadlara gətirib çıxara bilər.
Pankreatitin səbəbləri
Pankreatitin meydana gəlməsinə hətta ilk baxışdan o qədər də əhəmiyyətli görünməyən yanlış qidalanma da səbəb ola bilər.
Bundan başqa, pankreatitin digər yaranma səbəbləri də mövcuddur:
- spirtli içkilərin həddindən artıq qəbulu;
- zülal çatışmazlığı;
- orqanizmdə müxtəlif hormonal disbalanslar;
- bəzi öd kisəsi və öd yolları xəstəlikləri;
- metabolik asidoz;
- toksinlər;
- infeksiyalar;
- zədələnmələr;
- həddindən artıq acı, yağlı və qızardılmış qida qəbulu;
- daimi stresslər;
- hamiləlik;
- antibiotiklərlə müalicə;
- sidik daşı xəstəliyi;
- allergik reaksiyalar.
Bu pankreatitin səbəblərinin tam siyahısı deyil, lakin burada ən çox yayılmış amillər göstərilib. Bu xəstəliyin inkişaf etməsinə orqanizmin bir çox halları, eləcə də müxtəlif əlverişsiz şəraitlərin kombinasiyası səbəb ola bilər.
Pankreatitin növləri
Həkimlər pankreatiti üç növə ayırırlar. Bu xəstəliyin hər bir formasının öz inkişaf etmə səbəbləri, risk qrupu və müalicə üsulları var.
Heç də bütün formalar birbaşa mədəaltı vəzidə inkişaf etmir, lakin onların hamısı onunla əlaqəlidirlər:
- Kəskin pankreatit – zəhərlənmədən, həddindən artıq alkoqol qəbulundan, epidemik parotitdən sonra yarana bilən ağırlaşmadır. Xəstəliyin əsas xarakteristikası onun kəskin formada inkişaf etməsidir. Xəstənin vəziyyəti sürətlə pisləşir, lazımi şəkildə müalicə olunmadıqda, mədəaltı vəzidə müalicəsi mümkün olmayan dəyişikliklər baş verir.
- Xroniki pankreatit – həddindən artıq qida, alkoqol qəbulu, yanlış qidalanma, onikibarmaq bağırsaq və öd kisəsi xəstəlikləri, eləcə də bəzi autoimmun xəstəliklər fonunda inkişaf edir. Çox vaxt xroniki pankreatit bu xəstəliyin kəskin mərhələsi zamanı lazımi müalicə tədbirləri görülmədikdə yaranır.
- Reaktiv pankreatit – həzm sistemi orqanlarından birində xəstəliyin kəskin formasının olması səbəbindən yarana bilər. Simptomların mənzərəsi və xəstəliyin gedişatı kəskin formaya bənzəyir.
Pankreatit – mərhələli şəkildə inkişaf edən xəstəlikdir. Vəzidə baş verən proseslərin tipinə və xəstəliyin yayılmasına görə mərhələlərin klassik bölünmə sistemi mövcuddur.
Onun xronoloji bölünmə ilə qısa formasını aşağıdakı kimi göstərmək olar:
- fermentativ mərhələ – xəstəliyin başlanğıcından və vəzidə fermentlərin toplanmasından sonra 3-5 sutka ərzində inkişaf edir;
- reaktiv mərhələ – xəstəliyin başlanğıcından 6 sutka sonra başlayır və təxminən 14 sutkayadək davam edir;
- sekvestrasiya mərhələsi – on beşinci sutkadan sonra başlayır;
- yekun faza – bu mərhələyə xəstəlik onun başlanğıcından sonra ən azı yarım il sonra keçir.
Pankreatitin əlamətləri
Xəstəliyin hər bir formasının öz simptomları, gedişat mənzərəsi və müalicə üsulları var, ona görə də onları ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır.
Kəskin pankreatitin simptomları
Pankreatitin kəskin forması ağır haldır, lakin onun müəyyən edilməsi kifayət qədər çətindir. Bunun səbəbi, simptomların qeyri-aydın mənzərəsidir, buna görə də dəqiq diaqnozun qoyulması üçün müvafiq müayinələrin aparılması tələb olunur.
Əsas simptomların siyahısına aşağıdakılar daxildir:
- ürəkbulanma və qusma;
- pasiyentin sürətlə çəki itirməsi;
- meteorizm;
- saçların kövrəkliyi;
- dərinin qabıq verməsi və quruluğu;
- dilin üzərində ağ ərpin əmələ gəlməsi;
- mədəaltı vəzi nahiyəsində güclü ağrılar.
Belə simptomlar tək pankreatit üçün səciyyəvi deyillər, çünki onlar əksər həzm sistemi xəstəlikləri zamanı yaranır, buna görə də dəqiq diaqnozu qoymaq üçün mütləq bir neçə testin və analizin həyata keçirilməsi tələb olunacaq, hansılar ki pankreatit ehtimalını ya təsdiqləyəcək, ya da ki təkzib edəcək.
Xroniki pankreatitin simptomları
Xroniki pankreatitin əsas simptomu onun kəskin forması zamanı olduğu kimi – mədəaltı vəz nahiyəsində ağrılardır. Lakin xəstəlik xroniki formada inkişaf etdikdə, o özünü aşkar şəkildə bürüzə verməyə də bilər. Pankreatitin bu forması diaqnostika üçün kifayət qədər çətin olmaqla bərabər, demək olar ki, simptomsuz keçir. Bəzi hallarda xroniki pankreatit başqa mədə-bağırsaq xəstəlikləri kimi maskalana bilər.
Pankreatitin bu formasının simptomlarına aşağıdakıları aid etmək olar:
- ekzokrin çatışmazlıq;
- endokrin sistemin fəaliyyətində pozuntular;
- psevdokistlərin formalaşması;
- mexaniki sarılıq.
Reaktiv pankreatitin simptomları
Pankreatitin reaktiv mərhələsinin simptomları bu xəstəliyin kəskin formasının klinik mənzərəsinə bənzəyir. Onlar da bir çox mədə və mədəaltı vəzi xəstəliklərinə xasdır, buna görə də diaqnozun qoyulması üçün əlavə testlərin keçirilməsini tələb edilir.
Bu formanın simptomlarına aşağıdakıları aid edirlər:
- qıcqırma;
- metabolizm pozğunluğu;
- yağlı qidalanma məhsullarından iyrənmə və onların iyinə qarşı dözümsüzlük;
- qabırğaaltı ağrılar;
- ürəkbulanma və qusma;
- iştahasızlıq.
Ardıcıl olaraq iki-üç gün ərzində bu simptomlardan birinin və ya bir neçəsinin olması xəstəni sayıq olmağa vadar etməli və həkimi ziyarət etməsinə səbəb olmalıdır. Öz-özlüyündə reaktiv mərhələ orqanizm üçün böyük təhlükə daşımır, çünki o xəstəliyin ağır forması hesab edilmir. O mədəaltı vəzinin fəaliyyətində pozuntuların olmasından xəbər verir. Lakin o müalicə olunmadıqda və xəstə yanlış həyat tərzi sürməyə davam etdiyi halda, reaktiv mərhələ asanlıqla kəskin və ya xroniki formaya keçə bilər.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Pankreatitin diaqnostikası
Pankreatitdən şübhələndiyiniz halda, diaqnozun qoyulması və müvafiq müalicənin təyin edilməsi üçün aşağıdakı müayinələrin aparılması tələb olunur:
- qanın biokimyəvi analizi;
- sidiyin kimyəvi analizi;
- klinik qan analizi;
- USM;
- həzm orqanlarının rentgenoqrafiyası;
- qasteroskopiya;
- endoskopik retroqrad xolangiopankreatoqrafiya;
- tomoqrafiya;
- nəcis analizi;
- xolesistoxolangioqrafiya.
Pankreatitin müalicəsi
Pankreatitin simptomlarının mənzərəsi ilə olduğu kimi, xəstəliyin müalicəsi onun formasından asılıdır.
Pankreatitin kəskin formasının müalicəsi
Pankreatitin kəskin formasından əziyyət çəkən xəstələr xəstəxanaya yerləşdirilməli, onların qan tərkibi, fermentlərin səviyyəsi və xəstəliyin müalicəsi üçün vacib olan digər göstəricilər nəzarətdə saxlanılmalıdır. Müalicə zamanı əsas məqsəd mədəaltı vəzinin sekresiyasının yatırılması hesab olunur, çünki bu fermentlərin toplanmasını dayandıra bilər.
Pankreatitin bu formasının müalicəsi üçün aşağıdakılar tətbiq olunur:
- müalicəvi aclıq;
- iki saatdan bir qələvi məhlulun qəbulu;
- elektroforez;
- sinusoidal tipli modullaşdırılmış toklar;
- ferment inhibitorları ilə müalicə. Ən çox yayılmış preparatlar: kontrikal, trasilol, qordoks;
- periferik M-xolinolitiklər, ən çox “qastrosepin” preparatı şəklində;
- mədə şirəsinin turşuluğunu azaltmağa kömək edən antasid preparatlar, histamin reseptorlarının blokatorları, “proton pompası”nın blokatorları.
Xroniki pankreatitin müalicəsi
Pankreatitin xroniki formasının müalicəsi o qədər də radikal olmayan həllər tələb edir, o konservativ və ən çox ambulator şəkildə aparılır, lakin o qidalanmada ciddi məhdudiyyətləri və mədəaltı vəzinin fəaliyyətini qaydaya salacaq dərman preparatlarının siyahısını nəzərdə tutur. Ümumilikdə, müalicə aşağıdakı kimi olur:
- bir həftəliyinə Pevzner üzrə 5 nömrəli pəhrizin təyin edilməsi;
- mədəaltı vəzinin fəaliyyətinin korreksiyası;
- ağrıkəsici preparatların qəbulu;
- ağırlaşmaların inkişafının və pankreatitin xroniki formadan kəskin formaya keçməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi.
Pankreatit zamanı pəhriz
Pankreatit zamanı pəhriz müalicə zamanı ən vacib rollardan birini oynayır. 5 nömrəli pəhriz iki variantda tərtib olunur – onlardan biri xəstəliyin ağırlaşmaları zamanı tətbiq edilir, ikincisi isə remissiya dövrləri üçün nəzərdə tutulur. Mədəaltı vəzi pankreatiti zamanı pəhriz menüsu aşağıdakı kimi ola bilər:
- Birinci və ikinci növ buğda unundan hazırlanmış çörək – qurudulmuş və ya dünən bişirilmiş, suxari;
- ağ kələm istisna olmaqla, tərəvəzlərdən şorbalar. Yulaf, manna, qarabaşaq sıyıqları, vermişel. Tərəvəz pürelərinə, sürtgəcdən keçirilmiş tərəvəzlərə icazə verilir, lakin tərəvəz həlimi olmadan;
- minimum yağ tərkibli ət növləri – toyuq, dana, mal, hinduşka əti. Suda bişirilmiş və sürtgəcdən keçirilmiş şəkildə tövsiyə olunur. Pankreatit zamanı kotletlər, frikadellər, yağsız ruletlər yemək olar;
- yağsız balıq növləri (suf balığı, durnabalığı, alabalıq, treska). Balığı buğda, suda bişirilmiş və sürtgəcdən keçirilmiş şəkildə yemək olar;
kəsmik pastası və ya pudinqlər formasında turş olmayan qarışıqsız yağsızlaşdırılmış kəsmiyə icazə verilir; - aşağıdakı tərəvəz növlərinə icazə verilmir: ağ və qırmızı kələm, qırmızı turp, şalğam, turşəng, soğan, ağ turp;
digər tərəvəz növlərinə suda və ya buğdа bişirilmiş şəkildə icazə verilir; - düyüdən, yulaf və qarabaşaq yarmasından bişirilmiş sıyıqlara, suda və ya buğda bişirilmiş ev əriştəsinə, makaronlara icazə verilir;
- dəymiş və turş olmayan almalar, kompot şəklində və ya sobada bişirilmiş quru meyvələr;
- südlü, meyvəli-giləmeyvəli, şirin souslar;
- ədviyyatlara icazə verilmir;
- minimum şəkər tərkibli tünd olmayan çay, yarışirin itburnu həlimi;
- kiçik miqdarda duzsuz kərə yağı.
Pankreatit zamanı pəhriz yağlı, qızardılmış, acı və digər həzm üçün ağır olan və böyük miqdarda ferment tələb edən məhsulları istisna edir. Pankreatit zamanı qidalanma ehtiyatlı olmalı, tərkibinə həddindən artıq şirin, turş, duzlu məhsulları daxil etməməlidir.
Təhlükə
- pakreonerkroz;
- şəkərli diabet;
- vəzi toxumasında kistlərin, fistulların, irinliklərin əmələ gəlməsi, hansılar ki irinli peritonitə keçə bilər;
- bədxassəli şişə transformasiya.
Risk qrupu
Həddindən artıq alkoqol qəbul edən və sağlam qidalanma rejiminə riayət edən insanlar.