QASTRİT

Qastrit

 

Qastrit – mədənin selikli qişasının iltihabi prosesi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyi kəskin və xroniki formalara ayırırlar.Uşaqlarda qastrit ən çox orqanizmin intensiv böyüməsi dövründə yaranır (5-6, 9-12 yaş).

 

  • Qastritin növləri
  • Qastritin səbəbləri
  • Qastritin əlamətləri
  • Qastritin diaqnostikası
  • Qastritin müalicəsi
  • Qastrit zamanı pəhriz
  • Qastritin təhlükəsi
  • Qastritin profilaktikası

 

Qastritin növləri

 

Qastritin aşağıda qeyd olunan növləri var:

  • səthi qastrit (yalnız selikli qişa iltihablanır);
  • eroziv qastrit (qişanın eroziv zədələnməsi);
  • atrofik qastrit (mədənin selikli qişasının kiçilməsi);
  • fleqmonoz qastrit (mədə xorasının və ya xərçənginin ağırlaşması, iltihabi prosesə mədənin bütün qatları məruz qalır).

 

Qastritin səbəbləri

 

Bu xəstəlik mədə divarının daxili qişasının iltihablanması (xüsusən də, Helicobacter pilori bakteriyası) nəticəsində yaranır.

Kəskin qastritin yaranma səbəbləri:

  • toksik qida infeksiyaları (salmonellyozlar);
  • həddindən artıq qida qəbulu;
  • həddindən artıq alkoqol qəbulu, siqaret çəkmə;
  • dərman preparatları ilə selikli qişanın qıcıqlandırılması (analgetiklər, sitostatiklər);
  • qida allergiyası;
  • stresslər, həddindən artıq yorulma, xroniki yuxu çatışmazlığı.

 

Xroniki qastritin səbəbləri:

  • kəskin qastritin lazımi şəkildə müalicə olunmaması;
  • qidalanma rejimində uzunmüddətli pozuntular;
  • tez-tez acı və sərt qida qəbulu;
  • qidanın yaxşı çeynənilməməsi;
  • irsi meyillik.

 

Qastritin əlamətləri

 

“Qastrit” xəstəliyi üçün xarakterik olan simptomlar:

  • qida qəbulu zamanı qarının yuxarı hissəsində yaranan və ya yoxa çıxan güclü ağrılar;
  • gəyirmə;
  • ürəkbulanma;
  • qusma;
  • meteorizm;
  • sürətli çəki itkisi.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Qastritin diaqnostikası

 

Qastritin müalicə üsulunu müəyyən etmək üçün həkim-qastroenteroloq aşağıdakı müayinələrdən birini təyin edə bilər:

  • mədənin ultrasəs müayinəsi;
  • ezofaqoqastroduodenoskopiya (qastroskopun köməyi ilə mədənin müayinəsi);
  • mədənin selikli qişasının biopsiyası;
  • mədə sekresiyasının müayinəsi;
  • klinik qan analizi;
  • qarın boşluğunun rentgenoqrafiyası

 

Qastritin müalicəsi

 

Qastritin müalicəsi özünə aşağıdakıları daxil edir:

  • xüsusi pəhrizə riayət etmə;
  • mədədə turşuluğu normallaşdıran dərman preparatları;
  • mədənin selikli qişasını bərpa edən preparatlar;
  • antibakterial terapiya.

 

Qastrit zamanı pəhriz

 

1 nömrəli pəhriz qastrit zamanı aşağıdakı məhsulları istisna edir:

  • çörək;
  • bulyonlar;
  • qarğıdalı, arpa yarması, paxlalı bitkilər;
  • yağlı balıq və ət növləri;
  • konservlər;
  • turş süd məhsulları;
  • qazlı içkilər, çay, kofe, alkoqol;
  • şokolad, dondurma.

 

Qastritin təhlükəsi

 

Qastritin ağırlaşmasının müalicəsinə vaxtında başlanılmasa, bu xəstəliyin xroniki formasının inkişafına və aşağıda göstərilən ağırlaşmalara gətirib çıxaracaq:

  • mədə qanaxmaları;
  • mədə xorası.

 

Xroniki qastrit, öz növbəsində, mədə xərçənginə gətirib çıxarır.

 
Qastritin profilaktikası

 

Qastritin profilaktikası aşağıdakılardan ibarətdir:

  • rasional qidalanmaya riayət etmək;
  • siqaretlərdən və alkoqollu içkilərdən imtina etmək;
  • qarın boşluğu xəstəliklərini vaxtında müalicə etmək;
  • ildə iki dəfə həkim-qastroenteroloqun yanında planlı müayinədən keçmək.