QƏBİZLİK

Qəbizlik

 

Qəbizlik – defekasiya (bağırsağın boşaldılması) prosesinin çətinləşməsi, yubanması və ya yetərli dərəcədə tez-tez baş verməməsi ilə xarakterizə olunur. Xəstəlik xroniki formada keçə bilər. Qəbizlik ən çox uşaqlarda və yaşlı insanlarda müşahidə olunur.

  • Qəbizliyin səbəbləri
  • Qəbizliyin əlamətləri
  • Qəbizliyin diaqnostikası
  • Qəbizliyin müalicəsi
  • Qəbizliyin təhlükəsi
  • Risk qrupu
  • Qəbizliyin profilaktikası

 

Qəbizliyin səbəbləri

 

Xəstəlik defekasiyanın 48 saatadək və daha çox müddətə gecikməsinə səbəb olan həzm pozğunluğu nəticəsində yaranır.

Qəbizliyin yaranma səbəbləri:

  • Müntəzəm olaraq defekasiya istəyinin yatırılması;
  • Uzunmüddətli yataq rejimi;
  • İşlətmə preparatlarından tez-tez istifadə;
  • Qidalanma rasionunda bitki sellülozu ilə zəngin olan məhsulların az olması;
  • Qarın boşluğu əzələlərinin zəifləməsi (yaşlı insanlarda);
  • Qəbul edilən maye miqdarının az olması.

 

Situasion xarakterli qəbizliyin səbəbləri:

  • Hamiləlik;
  • Stresslər, psixoemosional pozğunluqlar;
  • Səyahətlər, şəraitin dəyişdirilməsi;
  • Həzmi çətinləşdirən məhsulların qəbulu.

 

Qəbizliyin əlamətləri

 

Qəbizlik üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • Uzun müddət ərzində bağırsağı boşalda bilməmə;
  • düz bağırsaqda sıxılma hissi;
  • ağrılar, qarında ağırlıq;
  • meteorizm;
  • qazların əmələ gəlməsi.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Qəbizliyin diaqnostikası

 

Qəbizliyin necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-proktoloq bir sıra müayinələr həyata keçirir, onlar arasında aşağıdakıları qeyd etmək olar:

  • nəcisin və sidiyin analizi;
  • irriqoqrafiya;
  • irriqoskopiya;
  • qarın boşluğu orqanlarının USM-i;
  • kolonoskopiya;
  • anorektometriya.

 

Qəbizliyin müalicəsi

 

Qəbizliyin müalicəsi özünə aşağıdakıları daxil edir:

  • işlətmə preparatları;
  • tibbi şamlar;
  • imalələr.

 

Uşaqlarda qəbizliyin müalicəsi eynən böyüklərdə olduğu kimidir. Valideynlər uşağın qidalanmasına düzəlişlər etməlidirlər.

 

Qəbizliyin təhlükəsi

 

Qəbizliyin müalicəsinə vaxtında başlanılmasa, bu xəstəliyin xroniki formasının inkişafına və ciddi ağırlaşmalara gətirib çıxara bilər, o cümlədən:

  • bağırsağın iltihabi xəstəlikləri (kolitlər);
  • rektoanal patologiyalar (babasil, anal çatlar, paraproktit);
  • bağırsaq divarlarının işemiyası;
  • yoğun bağırsağın divertikulyar xəstəliyi;
  • yoğun bağırsağın böyüməsi (meqakolon);
  • düz və ya yoğun bağırsağın xərçəngi.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • yaşlı insanlar;
  • ağır əməliyyatlar keçirmiş insanlar;
  • hamiləliyin son dövrlərində olan qadınlar;
  • işləri oturaq həyat tərzi ilə bağlı olan insanlar (sürücülər, proqramçılar);
  • onkoloji xəstəlikləri olan insanlar;
  • maddələr mübadiləsinin pozuntusundan əziyyət çəkən insanlar.

 

Qəbizliyin profilaktikası

 

Xəstəliyin profilaktikası üçün pasiyentlərə aşağıdakıları etmək tövsiyə olunur:

  • mədə-bağırsaq xəstəliklərini vaxtında müalicə etmək;
  • rasiona sellüloz ilə zəngin olan məhsulları (meyvələr, tərəvəzlər, bütöv dənli bitkilər) daxil etmək;
  • hər gün kifayət miqdarda maye qəbul etmək (ən azı 2 litr).