SİDİK DAŞI XƏSTƏLİYİ

Sidik daşı xəstəliyi

 

Sidik daşı xəstəliyi (urolitiaz) – sidik ifrazı sisteminin orqanlarında (sidik kisəsi, sidik axarları) daşların (sidik konkrementlərinin) əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Çox vaxt sidik daşı xəstəliyi ilə böyrək daşı xəstəliyini eyni xəstəlik hesab edirlər, lakin əslində, birinci ikincinin nəticəsidir və onların simptomlarında və müalicəsində bir sıra fərqlər mövcuddur.

 

  • Sidik daşı xəstəliyinin səbəbləri
  • Sidik daşı xəstəliyinin əlamətləri
  • Sidik daşı xəstəliyinin diaqnostikası
  • Sidik daşı xəstəliyinin müalicəsi
  • Sidik daşı xəstəliyi zamanı pəhriz
  • Sidik daşı xəstəliyinin təhlükəsi
  • Risk qrupu
  • Sidik daşı xəstəliyinin profilaktikası

 

Sidik daşı xəstəliyinin səbəbləri

 

Xəstəliyin yaranmasının əsas səbəbləri:

  • maddələr mübadiləsinin pozulması;
  • sidik yollarında iltihabi proseslər;
  • sidik yolları vasitəsi ilə sidiyin çıxmasının çətinləşməsi (böyrəklərin düşməsi (nefroptoz), sidik yollarının qüsuru).

 

Sidik daşı xəstəliyinin inkişafına təsir edən amillər:

  • isti iqlimə malik olan ərazidə yaşama;
  • yanlış qidalanma;
  • bəzi dərman preparatlarının (antasidlərin, sulfanilamidlərin) qəbulu.

 

Sidik daşı xəstəliyinin əlamətləri

 

Sidik daşı xəstəliyi üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • fiziki yüklənmələr zamanı güclənən bel ağrıları;
  • sidik ifrazı zamanı ağrı, yandırma hissləri;
  • sidik ifrazının pozulması.

 

Bir çox hallarda xəstəlik simptomsuz keçir.

Qadınlarda sidik daşı xəstəliyi adətən sistit və kiçik çanaq orqanlarının iltihabı ilə eyni zamanda cərəyan edir.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Sidik daşı xəstəliyinin diaqnostikası

 

Sidik daşı xəstəliyinin necə müalicə olunacağını müəyyən etmək üçün həkim-uroloq aşağıdakıları təyin edir:

  • qan və sidik analizləri vermək;
  • böyrəklərin və sidik kisəsinin ultrasəs müayinəsini həyata keçirmək;
  • böyrəklərin və sidik kisəsinin rentgenini həyata keçirmək;
  • ekskretor uroqrafiya həyata keçirmək.

 

Sidik daşı xəstəliyinin müalicəsi

 

Daşların ölçüsü böyük olmadığı halda, sidik daşı xəstəliyinin müalicəsi konservativ ola bilər:

  • sidikqovucu preparatlar;
  • antibakterial preparatlar;
  • daşları parçalayan preparatlar.

 

Daşların ölçüləri böyük (bir neçə sm) olduğu hallarda, çıxarılma proseduru həyata keçirilir:

  • cərrahi yolla çıxarılma;
  • ultrasəs parçalama (distant-dalğalı litotripsiya).

 

Sidik daşı xəstəliyi zamanı pəhriz

 

Sidik daşı xəstəliyi zamanı pəhriz daşların strukturundan asılıdır.

Rasiondan aşağıdakı məhsulları çıxarmaq lazımdır:

  • oksalat turşusu ilə zəngin olan məhsullar - turşəng, kartof, portağal, kahı (oksalat daşları);
  • qaraciyər, böyrəklər, ət yeməkləri (urat daşları);
  • süd məhsulları, un məhsulları, ət, balıq, bitki yağı (fosfat daşları).

 

Sidik daşı xəstəliyinin təhlükəsi

 

Vaxtında müalicə olunmadıqda aşağıdakı ağırlaşmalara gətirib çıxarır:

  • hidronefroz;
  • piyelonefrit;
  • böyrək çatışmazlığı.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxildir:

  • isti iqlimli ərazidə yaşayan insanlar;
  • sidik sisteminin xəstəliklərindən əziyyət çəkən insanlar.

 

Sidik daşı xəstəliyinin profilaktikası

 

Sidik daşı xəstəliyinin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • hər gün kifayət miqdarda su içmək;
  • balanslaşdırılmış pəhrizə riayət etmək;
  • həddindən artıq soyuğa məruz qalmamaq;
  • böyrək xəstəliklərini vaxtında müalicə etmək.