STRESS
Stress
Stress – sıxıntı, basqı, əzab – orqanizmin hər hansı bir (fiziki və ya psixi) məcburedici təsirə qarşı özünəməxsus cavabıdır. Alimlər stressin iki formasını qeyd edirlər: müsbət (eustress) və mənfi (distress). İlk dəfə bu anlayışdan Uolter Kennon istifadə etmişdir və onu öz fiziologiya və psixologiya sahəsinə aid olan işlərində tətbiq etmişdir.
-
Steressin növləri
-
Stressin səbəbləri
-
Stressin mərhələləri
-
Stressin əlamətləri
-
Stressin müalicəsi
Stressə həsr olunmuş (elmi) iş 1936-cı ildə dünyaca məşhur olan alim Hans Selye tərəfindən ərsəyə gətirilmişdir. Öz işində o stress mövzusuna toxunmuş və onun müalicəsini təklif etmişdir, lakin bu sözdən istifadə etməməyə çalışaraq onu “adaptasiya dövrü” ilə əvəzləmişdir. Və yalnız XX-ci əsrin 50-ci illərində o yeni termindən tez-tez istifadə etməyə başlamışdır.
Müəyyən amillərin təsiri nəticəsində yaranan stressi aşağıdakı növlərə ayırırlar:
-
İstilik və ya soyuqluq stressi;
-
İşıq stressi;
-
Əsəb stressi;
-
Psixi stress və daha az tanınan başqa stress növləri.
Stressin aşağıdakı növləri də mövcuddur:
-
Eustress. Alimlər sevinc duyğularının səbəb olduğu müsbət stressi qeyd edirlər.Stressdən sonra orqanizmin bütün qüvvələri səfərbər olur;
-
Distress. Orqanizmə insanın özbaşına öhdəsindən gələ bilmədiyi mənfi təsirin göstərilməsidir. O yarandıqda, insanın immun sistemi zəifləməyə başlayır, medikamentoz müdaxilə olmadan onun təsirindən bərpa olmaq mümkün deyil;
-
Emosional stress. O yarandıqda, vegetativ sinir sistemi və endokrin sistem pozulur, dəfələrlə baş vermiş və ya uzunmüddətli emosional pozğunluqdan sonra orqanizmin bütün müdafiə funksiyaları pozula bilər;
-
Psixoloji stressə əksər hallarda sosial təsirlər səbəb olur.
İnsanın orqanizminə təsir edən amildən asılı olmayaraq, istənilən təsirin spesifik effekti olur, hətta təsir “yaxşı” təsir olsa belə.
Kanadalı alim Hans Selye həddindən artıq gərginliyin xarakteristikasını vermiş və onu ümumi adaptasiya dövrü kimi təsvir etmişdir. Stress anlayışı onun nitqinə uzun zaman sonra daxil olmuşdur.
Onun işindən, qısaca olaraq, belə bir nümunə gətirmək olar: orqanizmə göstərilən istənilən məcburedici təsirə qarşı orqanizmin cavab reaksiyası stress adlanır. İnsana göstərilən bütün spesifik təsirlər eyni spesifik cavab tələb edirlər.
Cavab reaksiyaların öyrənilməsinə hələ 1920-ci ildə başlanılmışdır. Selye aşkarlamışdır ki, ümumi zərər daşıyan yoluxmaya cavab çox vaxt eyni olur: yüksək hərarət, ümumi zəiflik, iştahanın azalması və ya itməsi. Laborator eksperimentlər nəticəsində canlı orqanizmlərin qıcıqlandırıcı amillərə eyni cavab reaksiya göstərmələri müəyyən edilmişdir. Müxtəlif mənfi effektlərin təsiri nəticəsində cavab eyni formada təzahür olunur. Belə ki, zərərli maddələrlə qıcıqlandırmaya siçovullarin reaksiyası hərarətin yüksəlməsi ilə ifadə olunmuşdur, istiliyin və ya soyuğun təsirinə qarşı reaksiya da eyni olmuşdur. Oxşar reaksiyalar insanlarda da müşahidə olunmuşdur.
Keçirilmiş məcburedici təsirdən sonra gərginliyin və zədələnmələrin olması ilə yanaşı adaptasiya əlamətləri müşahidə olunmuşdur. Stressin təsirindən sonra universal əlamətlər göz qabağında olur: timusun azalması, böyrəküstü vəzilərin qabığının əhəmiyyətli dərəcədə böyüməsi və qanaxmaların və ya qan sızmalarının olması, bəzi hallarda MBY (mədə-bağırsaq yolu) nahiyəsində xoralı törəmələr inkişaf etmişdir.
Qıcıqlandırıcı amillərə qarşı cavab reaksiyanın mahiyyəti ilə bağlı aparılmış çoxillik tədqiqatlara əsaslanaraq, Selye belə bir nəticəyə gəlmişdir ki, sindromun üç mərhələsi mövcuddur:
-
Daxili həyəcanlı vəziyyətlə ifadə olunan reaksiya (bu mərhələdə bütün imkanlar səfərbər olunur – mərhələnin məhdudiyyətləri var);
-
Növbəti mərhələ xarici təsirə müqavimətin göstərilməsindən ibarətdir;
-
Sonuncu mərhələdə güc artıq tükənir və tam tükənmə baş verir.
Əvvəllər stressə və adaptasiya pozğunluğuna mənfi təsirə qarşı bir reaksiya kimi baxılırdı, sonralar bu əlamətlər həmçinin müsbət təsirə qarşı reaksiya kimi də qəbul edilməyə başladı. Bu mərhələdə güc toplamaq və göstərilmiş təsirə davam gətirmək üçün güclü hazırlıq baş verir, lakin bu mərhələdə orqanizmin resursları məhduddur, o yeni tapşırığın öhdəsindən özü gələ bilər, lakin bir şərtlə ki, onun xırda bir stimulu olsun.
Qısamüddətli stressdən sonra bütün duyğular və təsirli anlar uzun müddətə yadda qalır, lakin stress vəziyyəti uzun müddət davam etdiyi halda (xroniki stress), orqanizm tükənənədək son qüvvələrini sərf etməyə başlayır.
Orqanizmin dayanıqlığından asılı olaraq stressin əlamətləri:
-
informasiyanı qavraya bilməmə və iş zamanı konsentrasiyanın olmaması;
-
yaddaş zəifləyir;
-
tez-tez yorğunluq hissi yaranır;
-
yumor hissi itir;
-
qıcıqlanma və əsəbilik artır;
-
alkoqollu içkilərə həvəs artır;
-
seksual davranış dəyişir və s.
Stress simptomları müasir insanların böyük əksəriyyətində müşahidə olunur. Stressin inkişafının daha da öyrənilməsi insanlarda onun gedişatını və ya başlanğıcını proqnozlaşdırmağa imkan verir.
Stressi öz gücünə aşağıdakı yollarla çıxarmaq olar:
-
öz həyatında aktiv məşğuliyyətlərə daha çox vaxt ayırmaq;
-
tam sağlam yuxu rejimini təmin etmək;
-
aktiv cinsi həyat sürmək;
-
əsəbilik və həyəcan halları yarandıqda, tam sinə ilə bir neçə dəfə dərindən nəfəs almaq.