VENALARIN VARİKOZ GENİŞLƏNMƏSİ
Venaların varikoz genişlənməsi
Venaların varikoz genişlənməsi – qanı ürəyə daşıyan damarların xəstəliyidir. Venaların varikoz genişlənməsinə adətən ayaqlarda, xüsusən də ayaq-baldır əzələləri nahiyəsində, diz oynaqlarının arxa tərəfində rast gəlinir.
- Venaların varikoz genişlənməsinin səbəbləri
- Venaların varikoz genişlənməsinin əlamətləri
- Venaların varikoz genişlənməsinin diaqnostikası
- Venaların varikoz genişlənməsinin müalicəsi
- Venaların varikoz genişlənməsinin təhlükəsi
- Risk qrupu
- Venaların varikoz genişlənməsinin profilaktikası
Bu xəstəliyə daha çox qadınlar (30-60 yaş arasında) meyillidirlər. Uşaqlarda venaların varikoz genişlənməsi– anadangəlmə xəstəlikdir.
Xəstəlik zamanı venoz damarlar deformasiya olunurlar, bu isə normal qan axınına mane olur və nəticədə qan venalarda durğunlaşır.
Xəstəliyin inkişafına təsir edən amillərə aşağıdakıları aid etmək olar:
- İrsi amil;
- venoz qapaqların (klapanların) zədələnməsi;
- artıq çəki;
- hamiləlik;
- uzun müddət ərzində ayaq üstə olmaq;
- qarındaxili təzyiqin yüksəlməsi;
- ayaq zədələnmələri;
- qan damarlarının anomaliyaları.
Venaların varikoz genişlənməsi üçün xarakterik olan simptomlar:
- Tünd qırmızı və ya tünd göy venaların üzə çıxması;
- baldırlarda və topuqlarda qəhvəyi rəngli dəri piqmentasiyası;
- ayaqlarda güclü ağrılar;
- ayaqlarda şişkinlik;
- ayaqlarda yaralar (xüsusən də oynaq nahiyəsində);
- aşağı ətraflarda dövri qıcolmalar.
Kiçik çanaqda venaların varikoz genişlənməsi onunla təhlükəlidir ki, onun klinik təzahürləri yoxdur, buna görə də diaqnostika və müalicə prosesi çətinləşir.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Venaların varikoz genişlənməsinin necə müalicə olunacağını müəyyən etmək üçün həkim-fleboloq bir neçə prosedur həyata keçirir:
- Bint probları;
- Venaların doppleroqrafiyası (ultrasəs metodu);
- Venaların angioqrafiyası (rentgen metodu).
Venaların varikoz genişlənməsininmüalicəsi özünə aşağıdakıları daxil edir:
- Skleroterapiya (dərman inyeksiyaları);
- Kompression müalicə (elastik bintlər və ya xüsusi parçalarla);
- Lazer müalicəsi (EVLK);
- Venaların varikoz genişlənməsinin cərrahi yolla aradan qaldırılması.
Venaların varikoz genişlənməsinin lazer müalicəsi bugünkü gündə - ən ucuz və radikal müalicə üsuludur.
Müalicəyə vaxtında başlanılmasa, aşağı ətraflarda venaların varikoz genişlənməsi aşağıdakı ağırlaşmalara gətirib çıxara bilər:
- Dəridə yaraların əmələ gəlməsi;
- ekzemaların əmələ gəlməsi;
- aşağı ətraflarda istənilən yaralanma güclü qanaxmaya səbəb olacaq;
- trombflebitin əmələ gəlməsi.
Risk qrupuna aşağıdakı insanlar daxildir:
- qadınlar (hamiləlik, hündür daban);
- peşəkar idmançılar;
- yastıayaqlıqdan əziyyət çəkən insanlar;
- ayaq üstə işləyən insanlar (ofisiantlar, satıcılar, bərbərlər).
Venaların varikoz genişlənməsinin profilaktikası
Venaların varikoz genişlənməsinin profilaktikası üçün aşağıdakıları etmək tövsiyə olunur:
- Rasiona P vitamini - rutin (fındıq, qarağat, mərsin, mərcanı,çaytikanı) və C vitamini ilə zəngin olan məhsulları daxil etmək;
- Ayaqlara düşən yüklənmələri növbələmək;
- Dar rezinli corablar geyinməmək;
- Dar ayaqqabı və hündür daban geyinməmək;
- Qan damarlarını soyuq su yuyunmaları ilə bərkitmək.