ZOB

Ur (Zob)

 

 Ur – qalxanabənzər vəzinin müxtəlif növ böyümələri ilə xarakterizə olunan xəstəliklər qrupudur.

  • Urun növləri
  • Urun səbəbləri
  • Urun əlamətləri
  • Urun diaqnostikası
  • Urun müalicəsi
  • Ur zamanı pəhriz
  • Urun təhlükəsi
  • Risk qrupu
  • Urun profilaktikası
 
Urun növləri

 

Bugünkü gündə urun aşağıdakı növlərini qeyd edirlər:

  • diffuz ur (qalxanabənzər vəzinin bərabər şəkildə böyüməsi);
  • nodulyar (düyünlü) ur (qalxanabənzər vəzinin toxumalarında düyünlərin əmələ gəlməsi);
  • kistoz ur (qalxanabənzər vəzidə kistlərin əmələ gəlməsi);
  • diffuz toksik ur (Bazedov xəstəliyi);
  • qarışıq ur (düyünlərin əmələ gəlməsi ilə qalxanabənzər vəzinin ümumi böyüməsi).

 

Urun səbəbləri

 

Xəstəlik qalxanabənzər vəzi funksiyasının pozulması və onun ölçülərinin dəyişməsi nəticəsində yaranır.

Urun səbəbləri:

  • irsi amil;
  • orqanizmdə yod çatışmazlığı;
  • adenoma, qalxanabənzər vəzinin xərçəngi;
  • tireoid hormonlarının (hipotireoz, hipertireoz) həddindən az və ya artıq hasilatı;
  • immunitetin zəifləməsi;
  • mikro qan sızmaları (insultlar);
  • daxili orqan xəstəlikləri.

 

Urun əlamətləri

 

Ur üçün xarakterik olan simptomlar aşağıdakılardır:

  • qalxanabənzər vəzinin böyüməsi;
  • gözlərin bərəlməsi;
  • ümumi zəiflik;
  • tez tərləmə;
  • sürətli çəki itkisi;
  • arterial təzyiqin yüksəlməsi;
  • boğazda ağrı;
  • boğazın dolu olması hissi;
  • döş qəfəsi nahiyəsində ağrılar;
  • çətin tənəffüs, udma.

 

Törəmələr kiçik ölçülərə (3 sm-dək) malik olduqda, urun əlamətləri özlərini büruzə verməyə bilər.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Urun diaqnostikası

 

Urun necə müalicə olunacağını müəyyən etmək üçün, həkim-endokrinoloq aşağıdakı müayinələri və analizləri həyata keçirir:

  • ümumi qan analizi;
  • sidiyin analizi;
  • immunoqramma;
  • qalxanabənzər vəzinin USM-i;
  • qida borusunun rentgenoskopiyası;
  • qalxanabənzər vəzinin biopsiyası;
  • qalxanabənzər vəzinin ssintiqrafiyası.

 

Urun müalicəsi

 

Urun müalicəsi özünə aşağıdakıları daxil edir:

  • tireoid hormonlarının əmələ gəlməsini bloklaşdıran preparatlar;
  • tərkibində radioaktiv yod olan preparatlar;
  • ur əleyhinə preparatlar;
  • cərrahi müdaxilə.

 

Ur zamanı pəhriz

 

Müalicə dövründə pasiyentlər öz rasionlarına tərkibində böyük miqdarda yod olan məhsulları daxil etməlidirlər:

  • balıq;
  • tərəvəzlər (kök, pomidor, çuğundur);
  • meyvələr (ananas, üzum, alma);
  • mal əti;
  • kərə yağı, süd;
  • yumurta.

 

Urun təhlükəsi

 

Qalxanabənzər vəzi urun müalicəsinə vaxtında başlanılmasa, aşağıdakı ağırlaşmalar inkişaf edə bilər:

  • qan dövranının pozulması;
  • qida borusunun, traxeyanın sıxılması;
  • qalxanabənzər vəzinin kəskin iltihabı;
  • ur nahiyəsində bədxassəli törəmələrin əmələ gəlməsi.

 

Risk qrupu

 

Risk qrupuna aşağıdakı insanlar daxil edilir:

  • irsi meyillikləri olan insanlar;
  • autoimmun xəstəlikləri olan insanlar;
  • qalxanabənzər vəzi nahiyəsində şüalanmaya məruz qalmış insanlar.
  • adenomalı və ya qalxanabənzər vəzinin xərçəngi olan insanlar;

 

Urun profilaktikası

 

Profilaktika üçün aşağıdakılar tövsiyə olunur:

  • ümumi möhkəmləndirici prosedurlar həyata keçirmək;
  • rasiona yodla zəngin olan məhsulları daxil etmək;
  • uzunmüddətli insolyasiyaya, şüalanmaya imkan verməmək;
  • qanxanabənzər vəzi nahiyəsində fizioloji prosedurlar (maqnit-lazer terapiyası) həyata keçirmək.