HAQQIMIZDA

PASİYENT.AZ – geniş əhali üçün yaradılmış endirimli tibbi xidmətlər portaldır.

PASİYENT.AZ-da siz hər şey tapa bilərsiniz, konsultasiya və analizlərdən tutmuş bahalı əməliyyatlara və müalicə kurslarına kimi, və bunların hamısı 50%-dək endirimlə. Servis hər bir klinikanın xidmətləri üçün ən yaxşı qiymətləri təqdim edir.

Sayt ziyarətçiyə aşağıdaki xidmətlər təklif edir:

  • Vahid baza. Bir saytda 1000 endirim təklifi.
  • Hər bir xidmət istiqamətləri üzrə rahat axtarış.
  • Şəxsi kabinet.
  • Bonus və hədiyyələr.
  • Bizim servis pasiyentlər üçün pulsuzdur.
  • Biz gizli əlavə qiymət artımı və komissiyalar olmadan işləyirik. Siz yalnız göstərilmiş xidmətlərə görə pul ödəyirsiniz.
  • Bizim çağrı-mərkəzimizdə yalnız tibbi təhsil almış operatorlar işləyirlər. Onlar sizə ən yaxşı mütəxəssisi seçməyə kömək edəcəklər.

Sizin məlumatlarınız tam təhlükəsizlikdədir. Biz Sizin məlumatlarınızın məxfi qalacağına zəmanət veririk. Sizin şəxsi məlumatlarınızdan yalnız qəbula yazılmaq üçün istifadə olunacaq

  •  

 

Layihənin təşkilatçıları qeyd etdiyi kimi, PASİYENT.AZ laborator və diaqnostik müayinələr və sağlamlıq haqqında istənilən suallara operativ cavablar, yeni klinikalar və xidmətlər haqqında məlumat almaq imkanını verərək sizin vaxtınıza qənaət edir. Şəxsi kabinet opsiyalarında yerləşən – şəxsi “Tibbibaza”da – istifadəçilər müayinələrin və laborator araşdırmaların məlumatlarını saxlaya bilərlər.

 

Portalda pulsuz konsultasiyalar almaq imkanını əldə etmək üçün istifadəçi sadəcə olaraq qeydiyyatdan keçməlidir. Layihə həkim və klinikalarla tərəfdaşlıq müqavilələri əsasında əməkdaşlıq edir.

 

Qeyd etmək lazımdır ki, servisin istifadəçiləri öz suallarını həm azərbaycan, həm də rus dillərində göndərə bilərlər. Suallara cavab verən həkimlər arasında həmçinin paytaxt klinikalarında çalışan əcnəbilər də var. Onlar ilkin konsultasiyaları ingilis dilində aparırlar.

 

İstifadəçilərdə laborator müayinələrinə endirim almaqda, həkim və ya klinika seçimi ilə bağlı çətinliklər yarandığı halda, PASİYENT.AZ informasiya xidmətinin əməkdaşları həmişə köməyə gəlməyə hazırdırlar.

Bizim ideologiyamız

 

Biz pasiyentin maraqlarını güdürük

Bizim əsas məqsədimiz: hər bir pasiyentimiz əmin olsun ki, onun sağlamlığı etibarlı əllərdədir! Bunun üçün biz saytımızda həkimlər və klinikalar haqqında yerləşdirilən bütün məlumatları yoxlayırıq və mütəxəssislərin obyektiv reytinqini təqdim edirik.

 

Biz yalnız yaxşı həkimlərlə işləyirik

Biz istənilən tibb müəssisəsinin həkimləri haqqında məlumatları topladıqdan sonra onları yoxlayıb təqdim edirik və, pasiyentlərimizin seçiminin obyektiv məlumatlara əsaslanması və reklamdan asılı olmaması üçün unikal reytinq sistemini formalaşdırırıq.

 

Biz daha yaxşı servis tərəfdarıyıq

Bizim üçün pasiyentlərimizin rəyləri və istəkləri çox vacibdir, çünki yalnız onların köməyi ilə biz həkimlərin və klinikaların işini daha da yaxşı edə bilərik. Həkimlərin və klinikaların işi haqqında bütün rəyləri yalnız qəbulda olmuş real pasiyentlər qoyurlar! Və hər bir rəy mütəxəssislərin və klinikaların reytinqinə təsir edərək digər pasiyentlərə keyfiyyətli tibbi yardım almağa kömək edir.

 

Biz yeni keyfiyyətin tərəfdarıyıq

Biz hesab edirik ki, səhiyyə sistemində xidmətlər haqqında təsəvvürləri dəyişməyin vaxtı artıq gəlib çatıb! Şəffaf reytinqin, mütəxəssislər haqqında tam və düzgün məlumatların sayəsində hər bir pasiyent şəhərin lazımi rayonunda lazımi ixtisasa malik olan həkimi seçə və onun qəbuluna yazıla bilər. Tez, rahat və pulsuz.