Suda boğulanlara YARDIM qaydaları

15 Avqust 2019 23:36 | 591
Suda boğulanlara YARDIM qaydaları

Çimərlik mövsümünün qızğın vaxtında təəssüf ki, dənizdə boğulmaların da sayı dayanmadan artır. Suda boğulan insanların həyatını xilas etmək üçün isə hər saniyə önəm daşıyır. Bir həyatı saniyələrə qurban verməmək üçün ilk tibbi yardımı qaydalarını hamı bilməlidir.

 

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar Mərkəzi məlumat açıqlayıb.

Məlumatda qeyd olunub ki, suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsin nəbzi var, amma nəfəs almırsa, süni tənəffüs ilə şəxsin nəfəs almağını təmin etmək lazımdır.

 

Həmin şəxs nəfəs almır və nəbzi döyünmürsə, dəqiqədə 100 dəfə ürək masajı etmək lazımdır. Hər 30 masajdan sonra isə süni tənəffüs vermək vacibdir.

 

"Göy boğulma" zamanı sudan çıxardılan insanı dizinizin üstündən ağzı üstə çevirmək, iki barmağınızı ağız boşluğuna salıb qusma refleksini və tənəffüsü stimullaşdırmaq  vacibdir ki, udulmuş su xaric edilsin və nəfəsalma bərpa olunsun. "E" səsi çıxıbsa və ardınca qusuntu gəlirsə insan xilas olunub. Bu hərəkətlər tam su çıxana qədər 5-10 dəqiqə ərzində davam edilməlidir. Qusma refleksi yaranmayıbsa, zaman itirmədən süni nəfəs və ürək massajı aparılmalıdır.

 

"Ağ boğulmada" isə bir başa xilas etmə hərəkətlər nəfəs vermədən və ürəyin massajından başlanmalıdır. Bu növ boğulma insan suya huşsuz halda düşürsə baş verir (məsələr, başı zədələnib və sonra suya düşüb). Bu halda sağ qalma şansı yüksəkdir.

 

İlk yardım göstərdikdən sonra zərərçəkmişi yan üstünə uzandırırsınız və Təcili Tibbi Yardımın gəlməsini gözləyirsiniz.