HAQQIMIZDA

PASİYENT.AZ – geniş əhali üçün yaradılmış tibbi xidmətlər saytıdır.

 

PASİYENT.AZ - adi konsultasiya və analizlərdən tutmuş ciddi müalicə kurslarına və bahalı əməliyyatlara kimi yüzlərlə tibbi xidmətə endirim əldə etmək imkanı verən saytdır.

 

GİRİŞ

 

Sağlamlıqdan qiymətli heç nə yoxdur, bəzən də, sözün əsl mənasında. Pullu klinikaların qiymət cədvəlləri bunu təsdiqləyirlər. Sürətli və rahat müalicə üçün böyük məbləğdə pul ödəmək lazım olur. Daha dəqiq desək, lazım olurdu. İndi tibbi xidmətlərdə artıq qənaət etmək olur. Bunun üçün nə etmək lazım olduğunu öyrənək.

 

Biz pullu təbabətə bir çox səbəbdən müraciət edirik. Əsas səbəblərdən biri — pullu klinikaların təklif edə biləcəyi servisin (xidmətin) keyfiyyətidir. Birdəfəlik alətlər, rahat qəbul vaxtı, qeydiyyat şöbəsində nəzakətli əməkdaşları. Həftələrlə vacib müayinə üçün öz növbənizi gözləməyə, hətta baxilləri (ayaqlıqları) almağa ehtiyac yoxdur.

 

Bir çox prosedurlar isə pulsuz xəstəxanalarda və poliklinikalarda ümumiyyətlə əlçatan deyillər.

 

Lakin servisə və seçimə görə pul ödəmək lazımdır. Bəzən qiymətlər çox yüksək olur. Məhz buna görə endirimlərlə tibbi xidmətlər almağa kömək edən PASİYENT.AZ servisini yaratmaq ideyası meydana gəlib.

 

HAQQIMIZDA

 

PASİYENT.AZ - tibbi xidmətlərdə qənaət etməyə imkan verən unikal internet-layihədir. Siz konsultasiyaları, analizləri, müalicə kurslarını və əməliyyatları 50%-dək böyük endirimlərlə sifariş edə biləcəksiniz. Sizə sadəcə olaraq lazımi xidməti rezervasiya etmək, ödənişi etmək və klinikada qəbula yazılmaq lazımdır.

 

Servisin məqsədi —ən yaxşı qiymətləri təqdim etməkdir.

 

PASİYENT.AZ pasiyentə yeni klinikalar, onların imkanları, unikal avadanlığı və ixtisaslaşdırılmış işçi heyəti haqda öyrənməyə imkan verir. Bu həmçinin onlayn-konsultasiyaların sayəsində də mümkün olur. Bu cür qarşılıqlı əlaqə formatı insana bir az qeyri-adi gələ bilər, lakin o öz effektivliyini artıq sübut edib.

 

Biz hər bir tərəfdaşımızın göstərdiyi xidmətlərin keyfiyyətini yoxlayırıq, onlarla danışıqlar apararaq ən yaxşı şərtlərə razılaşırıq ki, Sizi ən sərfəli təkliflərlə təmin edə bilək. Biz daima xidmətlərin çeşidini artırmaq üzərində işləyirik, buna görə də Siz öz istək və təkliflərinizi bizə göndərə bilərsiniz.

 

Şirkətin əsas məqsədlərindən biri əhali arasında tibbi savadı artırmaqdır. Biz inanırıq ki, servislərin fəaliyyətinin düzgün təşkil olunması, təqdim olunan xidmətləri təkmilləşdirmək məqsədi ilə aparıcı şirkətlər arasında tərəfdaşlığın qurulması bu məqsədə nail olmağa imkan verir.

 

Tibbin gələcəyi artıq bu gün formalaşır, o cümlədən gənc tərtibatçıların təşəbbüsləri sayəsində.

 

“Hər şeydən əvvəl insanın sağlamlığı gəlir!” — PASİYENT.AZ servisinin inisiatorları bu cür düşünürlər və bunu təcrübədə reallaşdırmaq üçün öz səylərini əsirgəmirlər.

 

PASİYENT.AZ — bu innovasiyalar, insanlara qayğı və həyatı asanlaşdırmaq istəyidir.