30 yaşdan yuxarı qadınlarda tez-tez rast gələn problemlər

4 Yanvar 2020 12:02 | 508
30 yaşdan yuxarı qadınlarda tez-tez rast gələn problemlər

30 yaşdan sonra hər iki qadından birində fibrokistik süd vəzi xəstəliyinə rast gəlinir.

 

Bunu onkoginekoloq, mammoloq Cəlil Bağırov açıqlayıb.

 

Həkim bildirib ki, fibrokistik süd vəzi qadınlarda ən çox görülən xoşxassəli süd vəzi xəstəliyidir. Ən çox 30-50 yaş arasında görülür. Daha çox süd vəzinin parenximasında baş verən hormonal dəyişikliklərdən yaranır.

 

Onun sözlərinə görə, fibrokistik süd vəzi xəstəliyində hormonal müalicəyə ehtiyac yoxdur. Böyük kistlər ultrasəs müayinəsi altinda aspirasiya (boşaldıla ) oluna bilinər və ya təqib edilir. Həyatı narahatlıqlara səbəb olunan ağrılara görə, müalicə oluna bilər.

 

Bundan əlavə, həddindən artıq şəkər, un, fast-food qidalar, qazlı içkilər, tünd çay, qəhvə qəbulu hormonal balansın pozulmasına səbəb olur və fibrokistlərin meydana gəlməsində rol oynaya bilir.

 

C.Bağırov vurğulayıb ki, ümumi götürdükdə fibrokistik süd vəzi xəstəliyi , qadının normal bir halıdır. Çox zaman süd vəzi xəçənginə çevrilməz , nadir hallarda xərçəngə çevrilmə ehtimalı vardır. Buna görə də gələcəkdə üzülməmək üçün , hər bir xanım "öz-özünə süd vəzi müayinəsini" bacarmalı , hər ay davamlı edilməlidir və illik həkim müayinəsini axsatmamalıdır.

 

O cümlədən 40 yaşına qədər hər bir qadın ən azı 2 ildən bir, həkim yoxlanışı, süd vəzilərinin ultrasəs müayinəsi, 40 yaşından sonra isə hər il bir dəfə olmaqla həkim müayinəsi, mammoqrafiya və eytiyac olarsa, ultrasəs müayinəsi olunmalıdır.