80 qəpiklik sabun bütün papillomaları tökür
24 Sentyabr 2019 19:16 | 582
Papilommalar orqanizmdə İPV virusunun nəticəsində bəzi nahiyələrdə çıxan ətə bənzər xal törəmələrdir. Onlar xal deyil, papilomma virusunun törəməsidir, dermatoloqlar bu problemlə məşğul olur. Daha çox yandırılmaqla aradan qaldırılır.
Ucuz bir sabunla asan yolla bu törəmələrin qurudulub salınmasının metodunu təqdim edirik:
Bunun üçün məşhur 72% təsərrüfat sabununu götürüb, bir az isladıb, yaş halda papiloma üzərinə çəkirsiz. Papilomanın üzərini ağ sabun örtüyü örtməlidir. Bunu gecədən edib, səhərə kimi saxlayırsız. Səhər isə həmin nahiyəni yuyursuz. Belə 5-7 dəfə edə bilərsiz.
Bundan sonra həmin hissədə dəri qızarıb, sanki iltihablaşmış kimi olacaq. Bu zaman proseduru saxlayırsız, etmirsiz. Bir neçə gündən sonra papilom quruyub düşəcək, izi də qalmayacaq.