Ağcaqanad sancmasından qadın klinik ölüm keçirdib
29 Avqust 2019 18:22 | 630
Ağcanad dişləməsindən qanın mikrobla zəhərlənməsi səbəbindən 25 yaşlı qadında sepsis baş verib və onun ürəyi 4 dəqiqə dayanıb.
İngiltərədə Kim Robinson adlı gənc qadın təbiətdə topuğun üst tərəfindən agcaqanadın dişləməsindən ağrını hiss edib, amma önəm verməyib. Səhəri həmin damar üstünə düşən nahiyə şişib, qızarıb. Gündən günə iltihab artmış, Robinson halsız düşür və yerişi çətinləşir. Artıq 2 dəfə huşunu itirəndən sonra qadın xəstəxanaya müraciət edir. Orda streptokokk bakteriyaları ilə kəskin nekrotik fasçit infeksiyası diaqnozu qoyulur və həkimlər təcili əməliyyat qərarı verir.
Əməliyyat zamanı xəstənin ağciyərləri ağırlaşır və onun ürəyi dayanır. Həkimlər dərhal süni koma vəziyyəti yaradırlar. 5 gün komadan ayılan xəstə təqvimə baxdıqda şoka düşür, bu qədər müddət onun heç nədən xəbəri olmayıb.
Reabilitasiya müddətində qadına danışmaq və yeriməyi öyrədirlər. "Bütün bu dəhşətləri yaşamağıma bir ağcaqanadın səbəb olmasına inanmıram. Təəssüf edirəm ki, həkimə vaxtında müraciət etmədim”